adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Fevral 2020 09:17
40109
ŞOU-BİZNES
A- A+

Nüşabə Ələsgərlinin Rza bəylə səmimi fotoları maraq doğurdu

Əməkdar artist Nüşabə Ələsgərli açıqlamalarının birində şəxsi həyatı ilə bağlı etiraflar etmişdi. Beləki o həyat yoldaşı ilə ilk tanışlığından danışmışdı:

"O, ortaq dostumuz, həm də qonşumuz olan Emillə birgə idmana gedirdilər. Mən salonda idim. Onlar salonun qarşısından keçəndə Emil mənimlə salamlaşdı. Orada da həyat yoldaşımla rastlaşdıq. Deyim ki, bir könüldən min könülə aşiq oldum, xeyr. Sadəcə, həyat belə gətirdi. Gözəl xasiyyəti, mədəniyyəti, danışığı var”.

Adalet.az xəbər verir ki, bu günlərdə isə sevilən müğənni həyat yoldaşı ilə görüntülərini İnstaqramda paylaşıb. Sənətçinin Rza bəylə səmimi fotoları sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb və rəylərdə ifaçının və həyat yoldaşının ünvanına xoş sözlər yazılıb.



Qeyd edək ki, əməkdar artist ilk həyat yoldaşından ayrıldıqdan sonra Rza bəylə ailə qurub. İfaçı həyat yoldaşından yaşca böyükdür. Nüşabə Ələsgərlinin ilk nikahından iki övladı var.

Əntiqə Rəşid