adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Fevral 2020 17:26
6091
HADİSƏ
A- A+

Məktəbdə valideyn tərəfindən döyülən qapıçı polisə müraciət etdi

Bakının Nizami rayonunun 251 nömrəli tam orta məktəbində texniki işçinin (qapıçı) valideyn tərəfindən döyülməsi məsələsinə aydınlıq gətirilib.

Məktəbdən Adalet.az-a verilən məlumata görə, 10.02.2020-ci il tarixdə saat 13:00-da valideyn və texniki işçi arasında anlaşılmazlıq yaranmışdır:

"Uşaqların dərsdən çıxan vaxtı valideyn məktəbin giriş qapısında şagirdlərin hərəkətinə mane yaratdığına görə texniki işçi ona iradını bildirmişdir. Valideyn isə israr edərək məktəbə daxil olmaq istədiyini söyləmişdir. Son nəticədə həmin valideyn texniki işçinin saçından tutaraq ona qarşı fiziki zorakılıq etmişdir. Qapıçı xanım da bununla bağlı polisə müraciət etmişdir".