adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Fevral 2020 17:05
22762
ELM VƏ TƏHSİL
A- A+

Magistraturaya qəbulda dəyişiklik sənəd verənlərin sayına təsir etməyəcək

Bu ildən etibarən magistratura səviyyəsinə qəbulun bir mərhələli şəkildə aparılması sənəd verənlərin sayının artıb-azalmasına hər hansı formada təsir etməyəcək.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, qəbulun bir.mərhələli olması indi məzun və universitetlərin üzərinə daha ciddi məsuliyyət düşür: "Əgər biz təhsilin müəyyən pilləsinə qəbulu sadələşdiririksə bu, heç də o anlama gəlməməlidir ki, ancaq sevinməliyik. İlkin təhsil pilləsi öz vəzifələrini yerinə yetirsə,- misal olaraq, xarici dil hansı pillədə öyrədilməlidirsə və öyrədilərsə,- magistrlər sonrakı pillərdə əziyyət çəkməzlər. Təhsilin pillələrində qazanılan biliklər sonradan praktikada lazım olur. Ona görə də gənclər imtahan xatirinə bilik əldə etməli deyillər. Təhsilin hər bir səviyyəsi üzrə tələb olunan bilikləri əldə etməlidir".