adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Fevral 2020 16:49
13863
GÜNDƏM
A- A+

AMEA-da kadr ixtisarları olub: müxtəlif islahatlar nəzərdə tutulur

Yaxın dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlifyönümlü islahatların aparılması nəzərdə tutulur.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Əminağa Sadıqov deyib.

O bildirib ki, bu islahatlar struktur islahatları da aid ola bilər:

"Artıq Rəyasət Heyəti Aparatında müəyyən kadr ixtisarları olub. Eyni zamanda, strukturun optimallaşdırılması istiqamətində də müəyyən işlər görülüb". Ə.Sadıqov qeyd edib ki, AMEA elmi tədqiqatlar apararkən kadr potensialı və maliyyə resurslarını dünya elminin tələb etdiyi istiqamətə yönəldəcək:"AMEA-nın 2020-2025-ci il üzrə inkişaf proqramı qəbul olunub. Bu proqramda akademiyanın inkişafı ilə mühüm müddəalar öz əksini tapıb. Eyni zamanda, prioritet istiqamətlərin müəyyənləşdirilməsi, resursların daha çox həmin istiqamətlərə yönəldilməsi nəzərdə tutulur".
Ə.Sadıqov əlavə edib ki, dünya elmində daha çox aktual olan sahələr- nanotexnologiyalar, molekulyar biologiya, informasiya texnologiyaları və s, üzrə tədqiqatların Azərbaycanda da aktual olmasını istəyirlər:" Bununla yanaşı respublikanın özünün sosial iqtisadi inkişafının tələblərindən doğan məsələlərlə bağlı tədqiqatların aparılması gündəmdədir. Bu, daha çox tətbiqi tədqiqatların aparılmasını tələb edir. Buna görə də yaxın illərdə əsas tədqiqat istiqamətləri bu sahə üzrə olacaq".