Kürdəmirdə baş həkimə şiddətli töhmət verildi - RƏSMİ
Kürdəmir Rayon Təcili Tibbi Yardım (TTY) Stansiyasının baş həkimi Eynulla Novruzov cəzalandırılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, baş həkim işçilərini təcili tibbi yardım maşını ilə səsverməyə göndərdiyi üçün ona TƏBİB tərəfindən şiddətli töhmət verilib: "Baş həkim TƏBİB-ə dəvət olunub və izahatı alınıb. O, izahatında bildirib ki, hava şəraiti ilə əlaqədar işçilər seçkiyə getmələri üçün maşın ayrılmasını xahiş edib".
Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Digər Xəbərlər
27 Mart 2024 13:15
Lerikdə 3 ailənin 11 üzvü qidadan zəhərləndi
27 Mart 2024 11:19Bayram günlərində yüzlərlə şəxs xəstəxanaya yerləşdirilib - RƏSMİ
27 Mart 2024 09:55Xərçəngə tutulma riskini azaldan qida
26 Mart 2024 09:00Təhlükəsiz sayılan pəhrizin bilinməyən fəsadları
24 Mart 2024 13:11