adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Fevral 2020 14:23
13830
MƏMLƏKƏT
A- A+

İcra Hakimiyyəti: “Təmirə ehtiyacı olan yollar barədə tədbirlər görüləcək”

"Bir küçəyə asfalt örtüyü çəkiləndə15 küçənin sakinləri ayağa qalxırlar ki, bizim küçəyə də asfalt çəkilsin”.

Bu barədəOxu.Az-a Xəzər Rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsindən Binə qəsəbəsi sakinlərinin yolların vəziyyəti ilə bağlı şikayətinə cavab olaraq məlumat verilib.

İcra Hakimiyyətinin (İH) İqtisadiyyat şöbəsinin özünü təqdim etmək istəməyən xanım nümayəndəsiİcra Hakimiyyəti tərəfindən yol çəkilmədiyini və yolların asfaltlanmasının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirildiyini dedi.

Şikayətin Binə qəsəbəsində "türmənin arxası” kimi tanınan ərazinin yollarından olduğunu və israrlaqəsəbədaxili küçə və yolların icra strukturlarının nəzarətində saxlanıldığını diqqətə çatdırdıqdan sonraİH-nin xanım nümayəndəsi sözügedən ərazi ilə bağlı sakinlərin şikayətinə baxılacağını bildirib:

"Bir küçəyə yol çəkiləndədigər küçədə yaşayan sakinlər də müraciət edirlər ki, onların dayollarına asfalt örtüyü çəkilsin. Təbii ki, bütün yollara eyni anda asfalt çəkilə bilməz. Bu işlər mərhələli şəkildə aparılır. Sakinlər tərəfindən həmin yolların vəziyyəti ilə bağlı şikayətlər gəlib. Bizim vətəndaş müraciətləri ilə bağlı bazamız var. Bütün şikayətlər əsasında ərazilərə baxış keçirilib və məlumatlar bazaya daxil edilib.

Yolların vəziyyətini nəzərə alaraq, ardıcıllıq təyin edilib. AAYDA tərəfindən bizdən asfaltsız yolların siyahısı tələb olunan zamansiyahını onlara təqdim edirik. Biz də istəyirik ki, sakinlər qəsəbədaxili küçə və yollarda rahat hərəkət etsinlər. Mərhələli şəkildə rayon ərazisinə daxil olan 7 qəsəbənin hər birində təmirə ehtiyacı olan yollar barədə tədbirlər görüləcək”.