adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Fevral 2020 09:09
56379
ŞOU-BİZNES
A- A+

Transseksualların məşhurluğu: Nikki de Yager “Avroviziya”da aparıcı olur

"İnsanı da, dünyanı da yaradan bir Allah var. O da necə təqdir edibsə, canlıları elə yaradıb. Əgər ya qadın, ya kişi bu formada yaradılıbsa, o, Allahın yaratdığıdı. Peyğəmbərimizin hədislərində də buyurulur ki, kişilər özlərini qadınlara, qadınlar da özlərini kişilərə bənzətməsinlər.”

Bu illahiyyatcıların cinsini dəyişən insanlara xitabıdır. Cinsini dəyişmək səmavi kitablarda nə qədər günah olaraq bildirilsə də, bu "günaha" könüllü girənlərin sayı günü –gündən artır.

Əvvəlcə sizin diqqətinizi bir nüansa cəlb etmək istəyirik. Deməli, may ayının 12, 14 və 16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək sayca 65-ci "Avroviziya” mahnı müsabiqəsində ilk dəfə onlaynaparıcı məşhur transseksual olacaq.

Adalet.az xəbər verir ki, "Youtube”da yayımlanacaq xüsusi buraxılışlarla yarışmanınizləyiciləri müsabiqənin pərdə arxasında baş verənləri canlı izləmək şansı əldə edəcəklər."Youtube”da yayımlanacaq xüsusi buraxılışların aparıcılığını sözügedən videoplatformanın məşhur siması 25 yaşlı "beauty” (gözəllik) blogeri Nikki de Yager edəcək.

Niderlandlı bloger bir beçə həftə öncə transseksual olduğunu açıqlayıb.

Qeyd edək ki, "beauty” (gözəllik) blogeri Nikki de Yagerin "Youtube” hesabında 12,5 milyon izləyicivar. Bu belə... Amma dünya transseksualları tək indi üstünlük vermir.Əvvəllərdə bu tip hadisələrədə rast gəlinib.

1.Bu barədə ilk dəfə olaraq açıq şəkildə 1986-cı ildə danışılmağa başlanıb. Həmin il keçirilən Olimpiada oyunlarına məhz cinsiyyət dəyişikliyi damğasını vurub. Məsələnin kökü isə 1980-cı illərdə kommunist Almaniyasına qədər uzanır. Məhz bu ölkədə kapitalizmə qarşı mübarizə aparmaq üçün qadın idmançılara kişi hormonlarının köçürüldüyü barədə məlumatlar var. Qadın atlerlər idmandan ayrıldıqdan bir neçə il sonra məhz bu hormanlar nəticəsində cinsini dəyişdirmək məcburiyyətində qalıblar.



1986-cı il Olimpiada oyunlarında güllə atıcılığında rekorda imza atan və 8 il əvvəl cinsini dəyişən Heidi (Andreas) Krieger 800-ə yaxın idmançının eyni problemlərlə qarşılaşdığını bildirib. "The Times" qəzetinə müsahibəsində o, 15 yaşından etibarən "Turinabol" adlı dərmanı qəbul etdiyini vurğulayıb:

"Səsimin qalınlaşması, üzümdə tüklərin çıxması məni narahat etmirdi. Kapitalizmə qarşı kommunizmi daha da yüksəltmək tapşırığı almışdıq. Alman kəşfiyyatı oyunlarda dopinq testindən normal çıxmağımız üçün "Komplex 08" adlı bir layihə həyata keçirirdi".

2. Daha cox tanınan ünlülərdən gənc yaşlarında cinsiyyətini dəyişən Bülent Ersoy, kişi olduğu vaxtlarda çəkilən fotolarının paylaşılmasına qadağa qoyub. Məhkəmə müğənninin qərarıını dəstəkləyib.



3.Tanınmış Zəki Mürən həyatı boyunca evlənməyib. 1950-ci illərin qəlibindən kənara çıxan paltarları və səhnə davranışı ilə hər zaman xalqın diqqətini çəkirdi. Karyeraya başladığı ilk illərdə adi saç düzümü və geyimləri ilə səhnəyə çıxırdı. Ancaq bir müddət sonra o, qadınlara məxsus geyimlər, saç düzümü və makyajı ilə səhnəyə çıxmağa başlayır. Zəki, həyatı boyunca heç vaxt cinsi oriyentasiyası ilə bağlı açıqlama verməyib. Adı bəzi zamanlarda müxtəlif qadınlarla hallansa da ümumi qənaətə görə, o, homoseksual idi.



4. Aktrisa Nil Erkoçlar cinsini dəyişərək Rüzgar Erkoçlar olub.



5. Çez Bono- erməni əsilli ABŞ müğənnisi Şerin qızı Çestiti Bono



Əntiqə Rəşid