adalet.az header logo
  • Bakı 18°C
11 Fevral 2020 12:15
30435
MARAQLI
A- A+

Fransız biznesmen dünyanın ən varlı adamı oldu

Sərvətini 4 ay ərzində 15 milyard dollar artıran Fransanın LVMH şirkətinin rəhbəri Bernard Arnault ABŞ-ın "Amazon” şirkətinin rəhbəri Cef Bezosu qabaqlayaraq dünyanın ən varlı insanı olub.

Adalet.az xəbər verir ki, fond birjalarında "Amazon”un səhmləri 0,7% ucuzlaşıb, LVMH-ın səhmləri isə 0,7% bahalaşıb. Bununla da fransız iş adamı dünyanın ən zəngin insanına çevrilib.

C.Bezosun şəxsi sərvəti 760 milyon dollar azalaraq 115,6 milyard dollara düşüb, B.Arnaultun şəxsi sərvəti isə 1,9 milyard dollar artaraq 117 milyard dollara çatıb.