adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Fevral 2020 11:33
134991
MƏMLƏKƏT
A- A+

Vyetnam və Çin məhsulu: Nəcislə yetişdirilən panqasius balığı

Ötən gün Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Karona LTD” MMC-yə məxsus balıq məhsullarının saxlanma anbarına baxış keçirib.

Adalet.az xəbər verir ki, sözügedən tədbirlər çərçivəsində keçirilən monitorinqlər zamanı bəzi satış müəssisələrində Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında əksini tapan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib. Bununla bağlı olaraq Agentlik əməkdaşları tərəfindən həmin məhsulun idxalçısı "Karona LTD” MMC-yə məxsus saxlanma anbarında yoxalama keçirilib. Yoxlama zamanı istehsal tarixi 08.05.2019-cu il, son istifadə tarixi 07.05.2021-ci il olan Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında məhsulun çəkisi 1 kq, donu açıldıqdan sonra qalan çəkisi 800 q göstərilsə də, donu açılmış məhsulun faktiki çəkisinin 495-510 qram olduğu müəyyən edilib və məhsulun satışı dərhal dayandırılıb.

Panqasius balığı

Naxakimilər dəstəsinin panqauslar fəsiləsinə aid balıq növüdür.

Panqasius balıqlarıVyetnam və Çində xüsusi fermalarda yetişdirilir. Son illərVyetnamdabu sahə aktiv inkişaf etməkdədir. Bu balıqlar tərəvəz, kiçik balıq, soya, düyü və digər kalorili yeyəcəklərlə bəslənirlər. Ancaq mütəxəssislər hesab edirlər ki, onların yeyəcəklərinə süni, kimyəvi birləşmələr də əlavə olunur. Çünki bu fermalarda saxlanan panqasiusların çəkisi yarım ildə 2 kiloya çatır. Bu da təbii inkişaf halında mümkünsüzdür. Deməli, böyük ehtimalla, onların yeyəcəklərinə antibiotiklər və boy artırıcı kimyəvi birləşmələr əlavə olunur. Bu da həmin balıqları yeyən insanların səhhətlərində gələcəkdə problem yaranması ehtimalını artırır. Hətta məlumatlara görə, bu fermalarda hamilə qadınların sidik cövhərindən də istifadə olunur. Çünki bu cövhərlərin tərkibi balıqların kürü istehsal etməsi prosesi üçün lazımi qidalı maddələrlə zəngin hesab olunur. Bu cövhər vasitəsilə yetişdirilən bir panqasius bir dəfəyə 500 min yumurtanın olduğu kürü tökür və buna görə də, onların yeyəcəklərinə genetik modifikasiya olunmuş maddələr qatılır. İkinci bir detal: Yer kürəsinin ən çox çirklənən çaylarından sayılan Vyetnamdakı Mekonq çayında yaradılmış süni göllərdə panqasiuslar antisanitariya şəraitində saxlanılırlar. Bu çayın suları yüksək dərəcədə çirklənib. Mekonq kanalizasiya sularının, minarel gübrələrin, dəri, yaxud kimya zavodlarının tullantılarının geniş axıdıldığı çaylardan hesab olunur.



Bu səbəbdən cay sularında bakteriyaların, ağır metal qarışıqlarının, xlorun və digər kimyəvi birləşmələrin xüsusi çəkisi böyükdür.

Mətbuatdan məlumdur ki, həmin balıqlarABŞ -a da ixrac olunub. Ancaq balıqlarda kimyəvi maddələr aşkarlanandan sonra onlarınABŞ -a idxalı əvvəl kəskin azaldılıb, sonar isə qadağa qoyulub. Amerikalıların arxasınca kanadalılar da belə addım atıblar. Ötən illərdə Hollandiya, Belcika, Ukrayna, Rusiya, İspaniya, Almaniya, Misir və digər ölkələr də Vyetnamdan balıq idxalını məhdudlaşdırıblar.

Azərbaycanda panqasius təhlükəsi



Panqasius balığı dünyanın bir çox kasıb ölkələrinə ixrac edilən çox ucuz balıqdır. İnsanlar onun sağlamlılq üçün təhlükəsindən bixəbər halda istifadə edirlər. Maraqlıdır ki, balığın dondurulması zamanı da Mekonq çayının suyundan istifadə edilir. Deməli, balıqların tez böyüməsi üçün Çindən gətirilən hormonlardan istifadə edilir. Araşdırmalar göstərir ki, bu balığın istifadəsi qaraciyər çatışmazlığına, qan xəstəliklərinə daxili orqanların iflasına gətirib çıxarır.

Vyetnam, Laos və Kambocada 1 kiloqramı 0,3 dollar olan bu balıq Azərbaycnda 1 kq-ı 3,4-4, 50 manata satılır. Vyetnam Dəniz Məhsulları İxracı və İstehsalçıları Assosiasiyasının məlumatına görə, Azərbaycana  hər il minlərlə ton panqasius ixrac olunub. ABŞ, Kanada və Avropa Birliyində insan orqanizmi üçün olduqca təhlükəli sayılan və qadağan edilən panqasius balığı Azərbaycanda asudə şəkildə satılır, satanlara da gözlərinin üstündə qaşlarının olduğu deyilməyib.

Bakıdakı mağazalarda və bazarlarda da xaricdən gətirilmiş dondurulmuş panqasius balıqlarının kütləvi satışı uzun illərdi həyata keçirlir. Həm açıq halda, həm də sellofan torbalarda qablaşırılaraq satılan panqasius balıqlarının Bakıda və Azərbaycanın rayonlarında alıcıları az deyil. Bu dondurulmuş balıqlar həddindən artıq yağlı olmağı ilə fərqlənir.



Bakıda və Azərbaycanın rayonlarında "Okean balığı” adı altında satılan Panqasius bir çox ölkələrdə qadağan olunduğu üçün bəzi tamahkar biznesmenlər gizli yollarla bu balığı ayrı-ayrı balıq məhsullarının tərkibinə daxil edirlər.

Məlumata görə, aşkarlanan faktla əlaqədar "Karona LTD” MMC qanunvericiliyin tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunub.

İnanırıq ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində bundan sonra da ən sərt tədbirlər həyata keçirəcəkdir.

Əntiqə Rəşid