adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Fevral 2020 10:40
32382
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÜSTÜMƏ...






















( yenises.az -ın baş redaktoru Fəridə xanım Rəhimli bir qış mənzərəsi paylaşmışdı. Dünən qar tarına baxa-baxa kəndimizə gedib çıxdım...)

Belə istəyirəm ömrün qışını
Qar səssiz, durmadan yağa üstümə...
İlıq göz yaşı tək , süzülüb bir az -
Hopa bələndiyim ağa-üstümə!..

Heyrət sərhəddini ötüb keçə səs
Titrəyə bu səsdən qar tikən qəfəs...
Saçından bəyaz bir tel ayıran kəs -
Onu ağ bayraq tək, taxa, üstümə...

Bu qar gerçəkdimi , yoxsa yuxumu?..
Nə vaxtdı gözümdən silir yuxumu...
Bilir ürəyimi, bilir ruhumu -
Allahım , bu dəfə baxa, üstümə...

Hər yan ağapbaqdı -gerçək sözü tək
Nurdu bu mənzərə, nurlu gözü tək...
Duman da , o qızın elə özü tək -
Qalxa asta-asta dağa - üstümə...

Əbülfət, sən indi qar havasında
Düşündün bu qarın, tar havasın da!..
Qatıb bir - birinə yar, havasın da -
Köçürə ruhuma, yaxa, üstümə...