adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Fevral 2020 17:28
65217
MƏDƏNİYYƏT
A- A+

“Havalansın tarın səsi” layihəsinin görüşləri başa çatıb

"İrəli” İctimai Birliyinin təşkilati, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən XIII qrant müsabiqəsinin qalibi İlduzə Vəlizadənin "Havalansın tarın səsi” adlı fərdi layihəsinin icrası davam edir.

"İrəli”dən verilən məlumata görə, layihənin əsas məqsədi gənclər arasında Muğam sənətinin təbliğ edilməsi, istedadlı gənc ifaçıların üzə çıxarılması və onların tanıdılmasıdır.

4 gün ərzində baş tutan layihədə Muğam sənətkarları ilə görüşlər keçirilib, iştirakçıların ifası haqqında sənətkarlar fikirlərini səsləndirib. Muğam sənətində peşəkar olmağın sirləri, Muğam tarixi və incəliklərindən danışılıb.

Layihənin görüşləri başa çatıb və iştirakçıların ifalarından ibarət video-çarx çəkilərək sosial şəbəkə hesablarında paylaşılacaq. Sonda isə layihə iştirakçılarının ifalarından ibarət bağlanış konsertinin baş tutması planlaşdırılıb.