adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
10 Fevral 2020 16:20
29423
İQTİSADİYYAT
A- A+

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 60,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır.

Bu barədə Adalet.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 52,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,17 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 53,98 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel çoxdur.