adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Fevral 2020 16:26
8781
GÜNDƏM
A- A+

Macarıstanla əməkdaşlıq müzakirə edilib

Xarici İşlər naziri Elmar Məmmədyarov Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, Vyanada keçirilən Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda iştirakı çərçivəsində E.Məmmədyarov Macarıstandan olan həmkarı Peter Siyarto ilə görüşüb.

Nazirlər iki ölkə arasındakı əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi, enerji, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Azərbaycanın NATO ilə tərəfdaşlıq məsələlərinə toxunan tərəflər, bu xüsusda Macarıstanın Azərbaycandakı səfirliyinin əlaqələndirici vəzifələrini yerinə yetirdiyini məmnunluqla qeyd ediblər. Macarıstan naziri, bu xüsusda Əlaqələndirici Səfirlik qismində fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.

Görüş zamanı nazirlər, həmçinin beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.