adalet.az header logo
  • Bakı 11°C
10 Fevral 2020 15:37
10198
MƏMLƏKƏT
A- A+

Umayra Tağıyeva: Sabah gündüzdən temperatur yüksələcək

Bu gün axşamadək Bakıda və Abşeron yarımadasında saniyədə arabir 30 metrədək əsən güclü külək davam edəcək, gecəyə doğru külək tədricən səngiyəcək.

Adalet.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözləırinə görə, fevralın 11-də küləyin gündüz cənub-qərb küləyi ilə əvəz olunması temperaturun 6 dərəcəyədək yüksəlməsinə səbəb olacaq.

U.Tağıyeva bildirib ki, əksər rayonlarda qar yağması kəsilsə də, fevralın 11-i gündüzədək bəzi cənub rayonlarında proses davam edəcək. Abşeron yarımadasının əsasən cənub-şərq hissəsində axşam və gecə saatlarında az qar yağacağı ehtimalı var:

"Bu günlərdə ilk dəfə nəhayət ki qış özünü göstərdi. Demək olar ki, bütün ölkə bəzi yerlərdə qalınlığı yarım metrə çatan qar örtüyü əmələ gəldi. Yüksək dağlıq ərazilərdə havanın temperaturu mənfi 24 dərəcəyədək endi. Hətta Abşeronda son illər nadir hadisə olan 2 dərəcə şaxta qeydə alındı. Bakıda 35-38 m/s -dək şiddətlənən külək böyük sürətlə buludları Abşeron üzərindən qovaraq, yaxın rayonlarda müşahidə olunan yaxşı qarın yağmasını əngəllədi".