adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Fevral 2020 15:24
5659
HADİSƏ
A- A+

Bakı sakininin avtomobilindən tapança və patronlar götürüldü

Bakı şəhər sakini T.Əhmədovun idarə etdiyi avtomobildən tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.Əhmədovun idarə etdiyi "BMW” markalı avtomobildən "Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.