adalet.az header logo
  • Bakı 7°C
12 Fevral 2020 09:20
34809
ŞOU-BİZNES
A- A+

Tanınmış aparıcı ayağını qaldırdı, tənqid olundu

Həyat yoldaşı Firuz Soliyev ilə birlikdə Amerikada yaşayan, Jozafina adlı qız anası olan keçmiş aparıcı Günel Hümbətova paylaşdığı foto ilə yenə diqqətləri çəkib. Sözügedən fotonu sosial media hesabında paylaşan aparıcı həm də izləyicilərin təpkisi ilə üzləşib.

Adalet.az xəbər verir ki, Hümbətova izləyicilərin diqqətini xarici görünüşündəki dəyişikliklərlə çəkib. Belə ki, arıqlaması və saçlarının rəngini dəyişməsi onun izləyici kütləsinin diqqətindən yayınmayıb. Tərif atəşinə tutulan Güneli qınayanlar da az olmayıb. Buna səbəb paylaşdığı şəkillərdən birində ayağını qaldırması olub. İzləyicilər fotoya "Günel xanım siz şəkildə Azərbaycan xanımına yaraşmayan hərəkət etmisiz" şərhini yazıblar.

Vaxtı ilə cazibədarlığı ilə daim diqqət mərkəzində olan Günel Hümbətova müsahibələrinin birində onun açıq-saçıq geyinməsinə ağız büzüb, söz qoşanlara münasibət bildirmişdi:


"Məni qınayanlar çoxdu. Açıq-saçıq geyimimlə, sərbəst davranışımla məni də qınayırlar. Ona görə heç kəsi qınamaq düzgün deyil. Anam ciddidi. Amma uşaqlıqdan açıq-saçıq geyinmişəm. Bədən ölçülərim buna imkan verir. İfrat dərəcədə geyinməmişəm. Biri var xanım cazibədar görünsün, biri də var ki, iyrənc görünsün. Həyatda heç kəs deyə bilməz ki, niyə belə geyinisən? Cəsarətləri belə çatmaz. Sosial şəbəkə də saxta profillər açılır. Ağızlarına gələni yazırlar. Ay bunun nəyi qəşəngdi, valideynləri hardadı? Ay balam sənin heç ailə üzvlərindən xəbərin var? "

Qeyd edək ki, bəzi məşhurlar gündəmə gəlmək üçün hər üsuldan istifadə edirlər.

Əntiqə Rəşid