Əbülfət MƏDƏTOĞLU: BİR GECƏ, BİR GÜN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
50994 | 2020-02-10 09:30

Hə, yəqinbaşlığı oxuyub fikirləşəcəksiniz ki, görəsən söhbət nədən gedir. Mən də siziçox intizarda saxlamayıb elə bəri başdan deyim ki, bir gün, bir gecədən sonrafevralın 9-u tarixiləşəcək. Gözü, ürəyi qutuda, qulağı MSK-da olan 125 nəfərseçici səsilə öz arzusuna qovuşacaq. Kənarda qalanlar da elə bu bir gün, birgecədə nə yaşayıblarsa, onu büküb qoyacaq ürəyinin bir küncünə. Kimi gileylənəcək...kimi düşmən axtaracaq... kimi ədalətsizlikdən bəhs edəcək... kimi də səssizcə çəkiləcəkarxada qalan zaman kəsiyinə... Amma bütövlükdə bunların hamısı 9 fevralınayağına yazılacaq. Çünki həmin tarix artıq birmənalı şəkildə ölkənin bir Seçilənlərgünüdür. Ona görə seçiləndi ki, 2020-ci il parlamenti məhz həmin gündənqaynaqlanacaq...

Bax, beləcəyazıma başlayıram və düşünürəm ki, giriş olaraq yazdığım fikirlər, müəyyən mənadahəm də baş verənlərə münasibətdi. Təbii ki, bir vətəndaş, bir yazar münasibəti.Deməli, bu münasibət həm də onu göstərir ki mən də 9 fevrala bir gün, bir gecəməsafəsindəyəm. Amma bütövlükdə həyatla, son nöqtəylə nə qədər məsafədəolduğumu yalnız Yaradan bilir. Onun bildiyiniisə bəndənin bilməsi qeyri mümkündü. Sadəcə olaraq, bəndə fəhm edə bilər...təxminliklə fikir ortaya qoyar. Bu isə tamam başqa bir yanaşmadı. Mən dəolanları bir-birinə qarışdırmadan öz məntiqimə söykənib demək istəyirəm ki,bütün təxminlərin topası bir gerçəyi əvəz etmir. Elə bu mənada da hər şeyinzamana ehtiyaclı olması, zamanın ixtiyarına verilməsi normal sayılmalıdır. Vəbir də unutmaq lazım deyil ki, bəlli tarixlərözləri də seçilmişlərdən olurlar. Onlar da bu seçimlərlə cəmiyyətin, bəşəriyyətin,dünyanın, lap elə ayrı-ayrı coğrafiyaların tarixində özlərini möhürləyirlər. Və...

Bəli, indi siyasi,ictimai müstəvidən mənəvi dəyərlərə doğru üz çevirirəm. Çünki bu müstəvidəözümü daha rahat hiss edirəm. Axı orda söhbət insanın içindən, hisslərindən,yaşantılarından, əməllərindən, lap elə xəyallarından gedir. Hətta yuxuların özüdə bu mənəvi müstəvidə həm mövzu, həm dətəsəlli baxımından diqqət çəkəndi. Mənimlə razılaşarsınız ki, gördüyümüzyuxu gerçək yozumu ilə bizdə ruh yüksəkliyi yarada bilir. Adətən yuxuda qan görənəqovuşacaqsan deyirlər, su görənə aydınlıq olacaq söyləyirlər. Saç görənə qarşındayol görünür - deyə işarə edirlər. Pul, qızıl görənə isə səs eşidəcəksən himiedib və əlavə olaraq da "xeyir xəbər olsun” duasını səsləndirirlər. Bütünbunları atüstü diqqətə təqdim etməklə mənəvi müstəvinin çalarlarını bir balacaişıqlandırdım. Demək istədim ki, bu zənginliyin içərisində siyasət də, maddiyyatda yaddan çıxır, unudulur. İnsan mənən bir fürsət əldə edir. Özü ilə, içdünyası ilə baş-başa qala bilir. Və beləyerdə hətta solan, erkən yarpaq tökən ümidlər də şeirləşir:


Mənim ümidlərimin

Payızı tezyetişdi...

Ürək ilk xəzəlüçün –

Keçmiş olsun –demişdi...


Gözləmədi vaxt,zaman

Qəm ələndi, qəm,yaman...

Mən deyəndə əl,aman –

Göz qarasıgetmişdi...


Olmuşdan olanadək

Boşalan dolanadək...

Minnətçi salanadək–

Bildiyinietmişdi...


Əbülfətə qalansa

Dərddi, hopubbalansa!

Dünya əgəryalansa –

Onda hər şeykeçmişdi...

***

Biz zamanın həmdaşıyıcısıyıq, həm də bir hissəsi. Nə qədər ayaqdayıq, daşıyırıq zamanı özümüzlə,təbii ki, onun bir hissəsi olaraq. Elə ki, bitdik, onda öz zamanımızı, yəni ozamanın içərisindəki bir hissəciyi elə zamanın öz tarixinə atıb keçmiş oluruq.Ona görə də zamanında zamanın bir hissəsi ola bilməyənlər barəsində adətəndanışmırlar, susurlar. Olanlar barəsində isə keçmişdə danışırlar. Yəni onlarkeçmiş zamanın hissəcikləri kimi xatırlanırlar. Bu baxış bucağı altında baxandaözümün zamanın hansı səhifəsində, hansı görmə məntəqəasində olacağımı demək çox çətindi. Hətta OLACAĞAMMI? – fikridə gerçəklik kimi məndən uzaqda dayanmır. Ona görə də gücüm çatan qədər içində olduğumzamanın havasını duymağa, o havanın notlarınımənimsəməyə çalışıram. Doğrudur, adamların hər birinin fərdi mahnısıvar, havası var. Və bütün havalar insanların ruhunu oxşamır. Ona görə deyirlər ki, hərənin özhavası. Yeganə zamanın havasıdı ki, onu hər kəs dinləməyə məcburdu, məhkumdu.

Deməli, mən zamanın havasına qol qaldırmasam da, ənazından ayaqda durub ona əl çalmaq zorundayam. Axı, başqaları oynayır.Oynayanları isə bu və ya başqa formada həvəsləndirmək mütləqdir. Əgər bunu etməsən,onda mütləq incik, ittihamedici, hətta bəzən küskün baxışlarla da qarşılaşa bilərsən.Dediyim bu mənzərəni dəfələrlə hər birimiz şənliklərdə, şadyanalıqlarda müşahidəetmişik...

Bəli, indihavanın qeyri-sabit bir vaxtında zamanın havasını tutmaq asan olmasa da, mənbütün gücümü toplayıb mənəvi dinclik üçün, rahatlıq üçün sözün işığınasığınmışam. O söz ki, onu dinləmək, onu eşitmək elə öz havamla qol-boyun olmaqkimi bir şeydi. Hətta ən acı, ən ittihamedici söz belə insanın ruhunda,duyğularında bir əks-səda doğurur. Bu əks-səda da zamana, onun havasına atılmışdaş kimi dəyib qayıdır üzü geri. Yənibütün məzmunu ilə söz zamana uyğun gəlirsə, onunla birmənalı şəkildəüst-üstə düşürsə, bu artıq əks-sədadı. Amma heç bir qığılcım yaratmırsa, ondasöz sahibinin dilindən və qulağından uzağa gedə bilmir. Düşünürəm ki, havalısözlər, havalı ruhların pıçıltılarıdı... onların zamana əks-sədasıdı. Və mən də çiynimdəkiyükün, ürəyimdəki ağrının həmin o sözə çevrilən və mənim özümü ifadə edən sözlərin yaxşı mənada girovuyam. Ona görə də sözün ətəyiniburaxmamaq, sözü qələmlə, kağızla və zamanla birgə görmək missiyasını özümə birəbədi iş kimi, vəzifə kimi seçmişəm. Çalışıram ki, bütün məqamlarda sözün məqamıyla,zamanın sözüylə və həm də zamanını havasıyla bir müstəvidə olum. Yenə təkraredirəm ki, bu, mənəviyyat müstəvisidi. Oradan baxanda hamını, hər kəsi, mən isəhamıdan daha çox Səni görürəm. Onda həmin o zamanın havası duyğularımı sığallayır,onları yavaş-yavaş misralayır:


Gözlərin yorulub– gözün qayğısı

Yükləndi qəlbiməelə indicə...

Canımı verərəm,bil istəmərəm –

Sənin gözlərinikimsə incidə!..


Ruhumun əkizi, qəlbiminözü

Sən ki, dözümlüsən,belə sıxılma...

Mən qurban demişəmsənə bu gözü –

Qəbulun ürəkləelə, sıxılma...


Hər anım nəfəs təksəninlə bağlı

Bütün anlarımıgötür, sıxılma!

Nə qədər ağrıvar, nə qədər qayğı –

Onu mənə tərəfötür, sıxılma!


Qaytar gözlərinəmənə sevgini

Qaytar Ümidininümidi kimi!

Al mənim gözümdənsənə sevgini –

Ovutsun o səniümidin kimi!


Hə, düşünəcəksinizki, zamanın mənəvi müstəvisində ümidsizlikə ümidin, həsrətlə vüsalın, sevincləkədərin baş-başa gəlməsi, bir-birini diz çökdürməyə çalışması niyə bu qədərproblemə çevrilib? Nədən bu qədər çözülür, araşdırılır? Və heç bir bəlli nəticəortaya qoyulmur. Mən bu sorğunun cavabını özüm üçün çoxdan müəyyənləşdirmişəm.Bilirəm ki, hər bir insanın özəl dünyası olduğu kimi, onun sevinci, kədəri,ümidi-ümidsizliyi, həsrəti, vüsalı da özəldi. Deməli, insanların sayı qədər dəbu dediyim hisslər, duyğular mövcuddur.Mövcud olanlar da zamanın müstəvisində öz əksini tapmalıdır, necə ki, dətapır...

İndi özəlduyğuların burulğanı nə qədər ağrı, həyəcan yaşatsa da, hamı kimi mən də ondan çəkinib qaçmıram. Bilirəm vəinanıram ki, bu bir alın yazısıdı, bir Tanrı payıdı. Yazını da, payı da açıq ürəkləqəbul edib onunla çıxdığım yolda hər şeyi göz altına almışam. Bu səbəbdən dəbüdrəmək, hətta üzü üstə yıxılmaq belə gözləniləndi. Sadəcə olaraq, mənbu gözləntilərin təkcə yükünü çəkmirəm,elə həm də onun özünün olmasına sevinirəm. Axı, bütün bunlar bir yaşamdı, özü də sevgi yaşamı – yəni Sən!


Qayğılarla yüklənibdiürəyim

Mən ağlayıbkirimirəm hələ də...

Sıxıntıdan təklənibdiürəyim –

Halsızlıqdan,yerimirəm, hələ də...


Çiyinlərim əyilibdibir azca

Dabanlarımyeyilibdi bir azca...

Bildiklərim deyilibdibir azca –

Şam olsam da ərimirəm,hələ də...


Seçib qəlbi, gecələyib"ah” məndə

Ümid gəzir gahçevrəmdə, gah məndə...

Sevgi adlı ənböyük günah məndə -

Ölmürəm, nədirilmirəm, hələ də...


Açıq qapı, ya pəncə...kim döyər

Kim sevginiƏbülfət tək de, öyər?

Səni belə niyəsevdim kim deyər?

Bunu özüm sirrbilirəm hələ də...


***

Bəli, mən bütünhallarda zamanında damarını tutmağa çalışdım, hətta replika atanların da. Təbii ki, bunun özü də zamanındiktəsidi. Axı, replika atanın özü də mənimlə bir zamanın adamıdı. Yəni o da bəhsetdiyim, dayandığım mənəvi müstəvinin üzərindədi. Haradan, hansı bucaq altındanbaxmağından asılı olmayaraq, onun özəl dünyası və özəl münasibətləri bir ruh məsələsidi.Əgər mənim dediyim zaman havası onun da ruhuna toxunubsa, deməli, bütünyazdıqlarımda yanılmamışam. Bir az da dəqiqləşdirsəm, məni duyan hər kəs elə bəhsetdiyim havanı mənimlə birgə ifa edir. Və bu yerdə mütləq duyğular misralanır,şeirləşir. Axı söhbət ruh doğmalığından gedir. Ona görə də yazıram:


Söndürülmüşişığam

Kim yandıracaq məni?

Yenidənyanmağıma –

İnandıracaq məni...


Zamanın ləngərində

İllərin səngərində...

Hardan bir zənggələndə -

De, andıracaq məni...


Ağırdı ömründaşı

Kiprik də süzmüryaşı...

Bilməzdimaddımbaşı –

O sındıracaq məni...


Əbülfət, üzülürcan

Dodağında donurqan..

Gələcək elə biran –

O qan tutacaq məni...


Bəli, bütünhallarda biz zamanın adamıyıq. Zamanı əynimizə geyib, zamanın havasına oynayıb,bəzən də zamana qarşı çıxırıq. Amma çayın axınına qarşı nə qədər üzürsən üz,yenə yorğun özün olacaqsan. Məncə havayaqarşı çıxmaqdansa, havanın çalarlarını dəyişmək, havanın rənginə rəng qatmaqlazımdır. Bax, bu yerdə qazanan sevgi olacaqdır. Kaş həmişə qazanan da elə Sevgiolsun!


TƏQVİM / ARXİV