adalet.az header logo
  • Bakı 20°C
07 Fevral 2020 16:20
24501
DÜNYA
A- A+

Antarktidada tarixin ən yüksək temperaturu qeydə alınıb

Argentina meteoroloqları Antarktidada müşahidə tarixinin ən yüksək temperaturunu qeydə alıblar.

Adalet.az-ın məlumatına görə, Antarktidanın şimalında yerləşən və Argentinaya məxsus "Esperansa” elmi-tədqiqat stansiyasında -18,3 dərəcə temperatur qeydə alınıb. Bu, müşahidənin aparılmağa başlandığı 1961- ci ildən bəri ən yüksək temperaturdur.

Bundan əvvəlki rekord 2015-ci ilin martında qeydə alınmışdı. O zaman temperatur -17,5 dərəcə təşkil etmişdi.

Qeyd olunur ki, son 50 il ərzində Antarktidanın ortalama temperaturu 3 dərəcə yüksəlib.