adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Fevral 2020 16:43
11207
GÜNDƏM
A- A+

İkili vətəndaşlığı olan şəxsin namizədliyi ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 86 saylı İsmayıllı seçki dairəsindən daxil olan müraciətə baxılıb.

Adalet.az-ın məlumatına görə, DSK-nın müraciətində deputatlığa namizəd Məzahir Şahvələdovun ikili vətəndaşlığa malik olduğu qeyd edilib.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, M.Şahvələdovun həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var.

İclasda M.Şahvələdovun namizədliyinin ləğv edilməsi təklif edilib. Təklif səsə qoyularaq qəbul edilib.