adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Fevral 2020 09:10
22249
ŞOU-BİZNES
A- A+

Nazənindən yeni qalmaqal: “Telekanallarda əxlaqsızlara “xanım-bəy” deyirlər...

Müğənni Nazənin SalayevaAzərbaycan telekanallarını qınayıb. O, telekanalların səhv addım atdığını bu sözlərlə dilə gətirib: "Əvvəllər əxlaqsızlıq edənləri insanlar qınayırdılar. Belələrinə "bu kənddən çıx, səni görməyək” deyirdilər. İndi çıraqlagəzsən də, normal insantapa bilmirsən. Bunu ən çox televiziya kanalları edir. Əxlaqsıza xanımdeyə müraciət edirlər. Sən xanım kəlməsinigəlininə də, bacına da deyirsən. Əxlaqsızkişiyə bəy, müəllim deyə müraciət edirlər. Olmaz, buyolverilməzdirPedaqoqa, akademikədə müəllim deyirlər. Bu nə dərəcədə düzgündür? Geni elə biz xarab edirik.Bunlar da elə zənn edirlər ki, düz hərəkət edirlər. Bilmirsən nə deyəsən?Danışanda da deyirlər ki, özünü reklam edir”.

Adalet.az Nazəninin qalmaqallı çıxışını onunla avtomobildə yanaşı əyləşərəklentə alan müğənninin sənət yoldaşı Afət Fərmanqızı "Instagram” hesabında paylaşıb. O, Salayevanın çıxışına "Həmkarımla tamamilə razıyam”, - deyərək mövzuya qısa reaksiyasınıbildirib.

Qeyd edək ki, Nazənin sonuncu dəfə tanınmış müğənni Təranə Qumralla böyük bir qalmaqal yaşamışdı və həmin problem məhkəməyə qədərgedib cıxmışdı.

Əntiqə Rəşid