adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Fevral 2020 09:16
21009
ŞOU-BİZNES
A- A+

Aparıcı Tolikdən müqayisə: Ən bahalı müğənni...

Xəzər tv-də yayımlanan "Hər şey daxil" verilişi zamanı müğənnilərin trendə düşməyindən söhbət düşüb. Aparıcı Tarix Əliyev verilişdə bir çox maraqlı faktı açıqlayıb:"Bu gün hər şeyi trendlə müqayisə etmək düzgün deyil. Şəbnəm, Damla trenddə öz sözün deyə bilər. Məsələn, Aygün Kazımovanın "Youtube” kanalında qırx üç min izləyicisi var. Amma bu gün bir məclisə Aygün Şəbnəmdən beş dəfə artıq məbləğə gedir. Röya öz sözünü 17 il əvvəl deyib. Bu gün Röyanı, Aygünü Damla və Şəbnəmlə müqayisə edə bilməz heç kim".

Adalet .az xəbər verir ki, tanınmış aparıcının bu təqdimatından sonra müğənnilərin toy qiymətləri izləyicilər arasında müzakirə edilib. Bunu nəzərə alıb kicik bir araşdırma apardıq.

Xalq artistləri

İlköncə səhnəmizin divası, Xalq artistiAygün Kazımovanın toy qiyməti ilə maraqlandıq. O mətbuata acıqlamasında : "Bütöv toy idarə etmirəm. Yalnız yarım saatlıq oxuyuram. Yarım saat 6 min manatdır. Amma bu qiymət bölgələr üçün deyil. Toy paytaxtımızdan kənardadırsa, qiymət, təbii ki, artacaq".Xalq artisti Nazpəri Dostəliyeva isə fərqli bir rəqəm söylədi: "Bütöv toyu 10 minə, yarım saatı isə 3 min manata gedirəm"."Bütöv toy 5 min, yarım saatı 1500 manata idarə edirəm"- bu sözləri isə Xalq artisti Səməd Səmədova məxsusdu. Xalq artisti Gülyanaq Məmmədova bacısı ilə birgə bütöv toyu 8 min manata idarə etdyini dedi: "Yarım saata isə 2500 manata gedirəm ". Xalq artisti Bilal Əliyev bütün müğənnilərdən fərqli olaraq fantastik bir rəqəm söylədi: "1 milyon manata. Mənim toy qiymətim budur". Xalq artistiRöya Ayxanisə: "Yarım saat 8 min manata, bütöv toya getmirəm"- deməklə kifayətləndi.



Əməkdar artistlər


Əməkdar artistMətanət İsgəndərli: "Yarım saat 3000-3500 arası, bütöv toy isə 7 min manata oxuyuram"-dedi. Əməkdar artist Abbas Bağırov: "Bütöv toyu 20 min, yarım saatı 6 min manata gedirəm. Onu da deyim ki, 20 min manatın hamısı mənə çatmır. 18 nəfərdən ibarət musiqiçi var. Onlarla bölüşürəm"-deyə bildirdi.

"Bütöv toya 8 min, yarım saat 3 min manata gedirəm" sözləri isə Əməkdar artist Lalə Məmmədovaya məxsusdur. Əməkdar artist Elnarə Abdullayeva isə paytaxtdan kənarda toy qiymətlərinin bundan baha olduğunu önə sürdü: "Yarım saatı 3 min, bütöv toyu 10 min manata idarə edirəm. Bu qiymət yalnız Bakıdadır. "

Müğənnilər


Müğənni Sevda Yahyayeva: "Yarım saat 3 min manat, bütov toyu özümün geniş ansamblımla birlikdə 9 min manata aparıram. Mənimlə bərabər gənc oğlan ifaçı da bütov toyda məclis əhlinin toyunun şən keçməsinə yardım göstərir". Aparıcı-müğənni Murad Arif: "Yarım saatlıq 1000, bütöv toyu isə 2500 manata aparıram (Ansamblsız)". Müğənni Xəyyam Nisanov: "Yarım saatlıq 2500, bütöv toyu isə 8500-ə aparıram". Müğənni Manaf Ağayev:"Toya yarım saatlıq getmirəm. Bütöv toyu 5 minə oxuyuram". Müğənni Nuri Sərinləndirici: "Bakıda bütöv toyu 15 minə, bölgələrdə isə 20 min manata aparıram". Müğənni Elton Hüseynəliyev: "Bütöv toya 12 minə, yarım saata 4 minə gedirəm".
Müğənni Nazənin:"Bütöv toyu tək 6 min, ansamblla 8 min, yarım saatlıq isə 2 minə gedirəm". Müğənni Elvin Abdullayev: "Bütöv toyu 5 minə, yarım saata 1500 manata gedirəm".

Müğənni Günay İbrahimli: "Yarım saat 2500 manata, bütöv toya 8 minə gedirəm". Müğənni Səidə Dadaşova:"Yarım saatlıq 500, musiqiçilərsiz bütöv toyu isə 1500 manata idarə edirəm".Müğənni Pərvin Lətifov: "Yarım saatı 1500, bütöv toyu 4 min manata oxuyuram". Müğənni Aysel Əlizadə: "Bütöv toya getmirəm. Yarım saatı 1500 manata oxuyuram". Müğənni Ayan Babakişiyeva: "Bütöv toya getmirəm, yarım saat 2500 manata gedirəm".Müğənni Emil Bədəlov: "Yarım saata 2 minə, bütöv toyu 5 min manata aparıram".Skripkaçı Səlim Abbasov: "Yarım saatı 3 minə gedirəm. Bütöv toy, ansamblla bir yerdə 6 minə gedirəm".Sevinc-Sevil bacıları: "Allah hər kəsə xeyir iş qismət eləsin. Yarım saatı 3 minə, bütöv toyu 8 minə oxuyuruq". Müğənni Ülvi Qılınc: "Yarım saatı 1500 manata gedirəm. Bütöv toya getmirəm". Müğənni Yaşar Yusub: "Yarım saatı 1500, bütöv toyu 5 minə gedirəm".Müğənni Yaşar Cəlilov: "Yarım saatı 1500, bütöv - 4 min manata idarə edirəm" . Müğənni Təranə Qumral və Musa Musayev cütlüyü: "Yarım saat 2 min, bütöv toyu 6 minə aparırıq".

Müğənni Mətanət Əsədova açıqlamasında belə deyib:"Qiymət fərqlidir. Ölkədən kənara tək başıma 15 000, ansamblımla bərabər 30 000 dollara gedirəm. Bakıda nisbətən ucuz gedirəm. "For Season" və bu kimi bahalı məkanlarda baş tutan toya 10 000-ə, digər restoranlara isə 8 000 dollara gedirəm".

Beləliklə kimin nə qədər qazandığı oxucularımıza da bəlli oldu.


Əntiqə Rəşid