adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Fevral 2020 11:08
15407
HADİSƏ
A- A+

Qubada baş verən yanğına 2 helikopter cəlb olundu

Quba rayonun Qalxun kəndində baş verən yanğın hadisəsinin qarşısının alınması istiqamətində tədbirlər görülür. 

Fövqəladə Haqllar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır: "Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək".

Məlumata görə, hadisə nəticəsində ot tayalarının yanında olan 5 evin də yandığı bildirilir.