adalet.az header logo
  • Bakı 16°C
07 Fevral 2020 11:43
26943
KRİMİNAL
A- A+

Oyuncaq tapança ilə mağazanı qarət etdi

Rusiyanın Novosibirsk vilayətində 54 yaşlı şəxs oyuncaq tapança vasitəsilə kənd mağazasını qarət edib.

Adalet.az-ın məlumatına görə, satıcıya hədə-qorxu gələn qarətçi mağazadan bir paket pelmen (düşbərə növü-red) və qadın ətiri götürərək uzaqlaşıb.

Hadisə barədə məlumatlandırılan polis həmin şəxsi yaşadığı evdə saxlayıb. Axtarış zamanı məlum olub ki, o, pelmenin yarısını yeyib, ətiri isə içib.

Hadisə ilə bağlı istintaq aparılır.