adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Fevral 2020 11:37
10865
GÜNDƏM
A- A+

Bu şəxslər dövlət qulluğuna imtahansız qəbul ediləcəklər

"Yüksəliş" müsabiqəsinin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcəklər.

Adalet.az-ın məlumatına görə, bunu "Yüksəliş" müsabiqəsi ilə bağlı işçi qrupun rəhbəri, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə də danışıqlar aparılıb:

"Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarına da dəyişiklik ediləcək. Bu gün ölkədə kadr islahatları aparılır. Bunu nəzərə alsaq, deyə bilərik ki, qaliblər qısa müddətdə müvafiq işlə təmin olunacaqlar. Bəzi qurumlar artıq nəinki qaliblərlə, hətta finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini açıqlayıblar".

F.Hacıyev əlavə edib ki, "Yüksəliş” müsabiqəsinin qaliblərinin adları kadrların ehtiyat bazasına daxil ediləcək və onlar gələcəkdə idarəedici kimi işləyəcəklər.
Işçi qrupu rəhbərinin sözlərinə görə, müsabiqənin 20 qalibinin hər birinə 20 min manat qrant veriləcək. Namizəd həmin vəsaitin 10 min manatını müsabiqə bitəndən sonrakı 1 il ərzində özünün təkmilləşməsi üçün təhsilə xərcləməlidir.