adalet.az header logo
  • Bakı 18°C
07 Fevral 2020 11:19
28937
ŞOU-BİZNES
A- A+

Əfsanəvi Spartak vəfat etdi

Hollivud ulduzu, çoxsaylı rollarla məşhur olan və sevilən Kirk Duqlas 103yaşında dünyasını dəyişib.

Adalet.az xəbər verir ki, bu barədə onun oğlu, məşhur aktyorMaykl Duqlasa istinadən"People” jurnalını bildirib.

"O, bütün dünya üçün əfsanə, kinonun qızıl əsrindən aktyor idi”, – Maykl Duqlas deyib. Onun sözlərinə görə, Kirk Duqlas həyatını çox gözəl yaşayıb və kinematoqrafiyada gələcək nəsillərə miras qoyub.

Kirk Duqlas (İser Daniloviç-əslən ukraynalıdır) kinoda çoxsaylı rollarla məşhurdur. O, "Spartak” və "Detektiv tarixi” filmlərində rol oynayıb.

Kirk Duqlas on kitab yazıb. Əfsanəvi aktyor kinematoqrafiya tarixində ən məşhur və uğurlu kişi aktyorlardan biri hesab edilir.

Qeyd edək ki, aktyor üç dəfə "Oskar” mükafatlarına layiq görülüb. O, 1996-cı ildə "Oskar”ın fəxri mükafatını qazanıb.

Əntiqə Rəşid