adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Fevral 2020 14:31
17500
SİYASƏT
A- A+

Vəsilə Abulova üstünlüyünü qoruyub saxlamaqdadır

Şəmkirin ən böyük yaşayış məntəqələrindən biri də, Sabirkənd və Bayramlı kəndləridir. Bu kəndlərin sakinləri içərisində ziyalı potensialının digər yaşayış məntəqələrində olduğu kimi çox olması, seçki prosesinə göstərilən diqqət və inamın daha çox artmasına səbəb olmaqdadır. 

Belə bir səbəb üzündəndir ki, 3 fevral 2020-ci il tarixdə 99 saylı Şəmkir kənd seçki dairəsindən qeydə alınmış namizəd Vəsilə Çapay qızı Abulovanın, Sabirkənddə və Bayramlı kəndində seçicilərlə keçirdiyi görüş məzmun etibarilə digər görüşlərindən tamamilə fərqləndi. Buna səbəb olan amillərdən ən əsası, daha çox seçicinin Vəsilə xanıma rəğbət hissi ilə yanaşmaları oldu. İlk baxışdan hiss olundu ki, digər namizədlərdən fərqli olaraq Abulova soyadını daşıyan, eyni zamanda dairə ərazisində azyaşlıdan tutmuş hər bir ahıl insana kimi, hər kəsin rəğbət hissini qazanan bu namizədə qarşı xüsusi bir sevgi hissi formalaşıb. Görüşün keçirildiyi anlarda yerlərdən"Bizim millət vəkili Vəsilə Abulova olacaq”deyə şüarların səsləndirilməsi bir daha onu sübut etdi ki, 9 fevral günü bu xanım Namizədin qalib olacağı qaçılmazdır. Hər kəsin böyük ruh yüksəkliyi və öz təşəbbüsü ilə görüşə qatılması, məhz seçki prosesinin yeni bir mərhələyə qədəm qoyduğunu da göstərdi.Onu da qeyd etmək yerinə düşər ki, hal-hazırda 99 saylı Şəmkir kənd seçki dairəsindən bir neçə nəfərin namizədliyi qeydə alınıb. Düzdür, hər bir namizəd keçirdiyi görüşlərin daha uğurlu alınmasına çalışır və bu yöndə lazımi addımlarını da atır. Ümumi müşahidələrimiz və tam əksəriyyətin gəldiyi qənaət isə ondan ibarətdir ki, Vəsilə Abulovanın indiyə kimi əldə etdiyi uğurlar, məhz onu digər namizədlərdən tamamilə fərqləndirir. 




Yəqin ki, qeyd etdiklərimizin tam təsdiqi üçün, dünən Sabirkənd və Bayramlı kəndlərində yaşanan izdihama diqqət yetirmək kifayət edər. Çünki, dünənki görüş zamanı həm seçici çoxluğu, həm də kənd sakinlərini maraqlandıran məsələ və problemlərin müzakirəsi olduqca diqqəti cəlb etdi. Bir sözlə, 17 yanvardan indiyə 99 saylı Şəmkir kənd seçki dairəsi ərazisində əxlaqlı təbliğat-təşviqat kompaniyası aparan Vəsilə Abulova, bu gün də dairə seçiciləri arasında qazandığı rəğbət hissinə görə, digər namizədlərə nisbətdə üstünlüyü qoruyub saxlamaqdadır.