adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Fevral 2020 16:56
26641
KRİMİNAL
A- A+

Bakıda qadın meyiti tapılıb

Paytaxtın Nizami rayonunda mənzildən 70 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Moysenko Qalina Nikolayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.