adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Fevral 2020 15:54
17568
DÜNYA
A- A+

Türkiyədə qar uçqunundan ölənlərin sayı artır

Türkiyənin Van vilayətində ard-arda baş vermiş qar uçqunları nəticəsində həlak olanların sayı 39 nəfərə çatıb.

Adalet.az-ın məlumatına görə, əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış-xilasetmə işləri dayandırılıb.

Qeyd olunur ki, bölgədə havanın temperaturu mənfi 24 dərəcəyədək çatır.

İnsident nəticəsində 50-ə yaxın yaralının olduğu deyilir.