adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Fevral 2020 14:26
32457
SİYASƏT
A- A+

Ruxsarə Səmədova: Mənim qarşıma qoyduğum vəzifələr

Tərcümeyi-hal

Mən, Səmədova Ruxsarə Muxtar qızı 1956-cı ildə Bakı şəhərində anadan olmuşam. 1974-cü ildə orta məktəbi bitimişəm. 1975-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinin axşam şöbəsinə qəbul olunmuşam. 1981-ci ildə BDU-nun kimya fakültəsini bitirmişəm. 1976-cı ildə BDU-nun paleobiokimya laboratoriyasında laborant vəzifəsinə işə qəbul olunmuşam. 1977-ci ildə BDU-nun ümumi şöbəsinə iş icraçısı vəzifəsinə köçürülmüşəm. 1990-cı ildən kimya fakültəsində metodist vəzifəsində çalışmışam. 2006-cı ilin aprel ayından Sosial elmlər və psixologiya fakültəsinə öz ştatımla Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasına köçürülmüşəm.

2008-ci ilin oktyabr ayından Fəlsəfə kafedrasına kabinə müdiri vəzifəsinə köçürülmüşəm. Hal-hazırda Fəlsəfə kafedrasında çalışıram və Sosiologiya kafedrasında saathesabı müəllim kimi fəaliyyət göstərirəm.

Atam: Şahverdiyev Muxtar Sadıx oğlu 1911-ci ildə Pirşağı kəndində doğulub. 1992-ci ildə vəfat edib.

Anam: Şahverdiyeva Kəbirə Cavad qızı 1930-cu ildə Bakı şəhərində doğulub. 2013-cü ildə vaft edib.

Qardaşım: Şahverdiyev Ehtiram Muxtar oğlu 1959-cu ildə Bakı şəhərində doğulub.

Qardaşım: Şahverdiyev Rauf Muxtar oğlu 1963-cü ildə doğulub.

Bacım: Şahverdiyeva Xatirə Muxtar qızı 1967-ci ildə Bakı şəhərində doğulub.

Həyat yoldaşım: Səmədova Şamil Yusif oğlu 1955-ci ildə Çin Respublikasında doğulub. Bakı şəhəri İcra Hakimiyyətində nəzarət şöbəsində nəzarətçi vəzifəsində işləyir.

Qızım: Səmədova Həmidə Şamil qızı 1988-ci ildə Bakı şəhərində doğulub. BDU-nun Beynəlxalq münasibətlər fakültəsini qırmızı diplomla bitirmişdir. Xarici Dillər Universitetinin Britaniyaşünaslıq ixtisası üzrə magistratura pilləsini bitirmişdir. Ailəlidir. İki övladı var.


Mənim qarşıma qoyduğum vəzifələr

Mən kimyaçı-filosof olduğum üçün bütün mənəvi həyatım, intellektual görüş bucağım elmlə bağlıdır. Elmi sahədə çalışmaq, təbiət və cəmiyyətin həqiqətlərini aşkara çıxarmaq mənim başlıca həyat məqsədlərimdən birini təşkil edir. Amma məmin digər bir həyat məqsədim də var, bir alim, müəllim, insan və vətəndaş kimi cəmiyyətin sosial həyatına xidmət etməyi özümün müqəddəs borcu sayıram. Sosial həyatın bütün sahələrində vətənə, Azərbaycan xalqına sədaqətlə xidmət etmək olar. Bu sadə həqiqəti dərk etdiyim üçün bütün şüurlu həyatımı xalqımın səadətinə, onun sosial varlığının təkmilləşməsinə, beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmasına və şərəflə yaşamasına xidmət etmişəm. Məhz bu prinsipdən çıxış edərək Azərbaycan cəmiyyətinin siyasi həyatında mühüm rol oynayan Milli Məclisə keçirilən seçkilərdə iştirak etmək qərarına gəlmişəm.

Əziz seçicilər! Mən Sabunçu rayonu 27 saylı ikinci dairədən öz namizədliyimi irəli sürmüşəm. Mənim məqsədim vətənimizə və onun ayrılmaz hissəsini təşkil edən Sizlərə xidmət etməkdir. Əzizlərim, unutmayın ki, mən ziyalıyam, insan ruhunun keşiyində dayanan müəllimlik peşəsinin daşıyıcısıyam. Sizi sevən və xidmətinizdə durmaq istəyən bir Azərbaycan qadınıyam. Bunları nəzərə alıb, üzümü sizlərə tutub deyirəm: "Səsinizi məndən əsirgəməyin. Sizin arzu və istəkləriniz mənim arzu və istəklərim olacaq. Mənim bütün təfəkkürüm və hisslərim Sizinlə olacaq, Sizin problemləriniz mənim problemlərim olacaq. Mən bütün varlığımla, İlahinin mənə bəxş etdiyi bütün enerjimlə Sizin yanınızda olacağam və Qanuna söykənərək imkanım daxilində Sizin bütün sosial problemlərinizə çalışacağam”.

Sizin köməyinizlə və mənə verəcəyiniz səslər sayəsində aşağıdakı vəzifələri yerinə yetirməyə çalışacağam:

1. Mənə səs vermiş Pirşağı, Kürdəxanı, Balaxanı, Ramana, Zabrat, Sabunçu sakinlərinin sosial problemləri ilə tanış olub, onların səmərəli həlli üçün bütün imkanlarımdan var qüvvəmlə istifadə edəcəyəm. Mənə məlumdur ki, Bakıətrafı sakinlərin mənzil, işıq, su, qazla təmin edilməsi, səhiyyə və təhsil problemləri mövcuddur. Mən bütün bu problemlərin müsbət həllinə, əlaqədar təşkilatlar qarşısında onların vaxtında həll edilməsinə çalışacağam.

2. Seçicilərimin mənimlə görüşlərində heç bir çətinlik olmayacaqdır. Hər ayın dəqiq müəyyən edilmiş günlərində seçicilərimi qəbul edib, onları düşündürən problemlərlə tanış olub, onların həllinə çalışacağam.

3. Hər bir Azərbaycan vətəndaşı kimi Qarabağ problemi mənim də niskilim olaraq qalacaq və mən bir vətəndaş, bir azərbaycanlı, nəhayət, seçiləcəyim təqdirdə bir deputat kimi Qarabağ probleminin həlli üçün özümün səy və inkanlarımdan istifadə edəcəyəm.

4. Baza ixtisasım etibarilə kimyaçı olsam da, hazırda Mən fəlsəfə üzrə fəlsəfə doktoruyam, bu elmin müxtəlif sahələrini tədris edirəm. Hazırda respublikamızda elm və təhsillə bağlı müəyyən çətinliklər yaşanmaqdadır. Elm müasir cəmiyyətin mövcudluğunun və inkişafının müəyyənedici səbəblərindən biri olsa da, hazırda onun tədrisi və təbliği sahəsində müəyyən çətinliklər yaşanmaqdadır.

Əziz seçicilər! Sizin seçiminiz sayəsində deputat seçiləcəyim təqdirdə diqqət mərkəzimdə duran vacib məsələlərdən biri də elm və təhsil məsələsi olacaqdır. Mən özümün bütün fəaliyyətimlə elmin inkişafına və tədrisin yaxşılaşdırılmasına xidmət edəcək, bir müəllim və alim kimi əlaqədar təşkilatların bu problemə diqqət yetirməsini, rasional reallaşdırılmasını tələb edəcəyəm.

Əziz və sevimli seçicilərim mən həmişə Sizinlə olacam, daha doğrusu Siz həmişə mənimlə olacaqsınız, daha dəqiq desək biz birlikdə olacağıq və Sizin iştirakınızla bütün problemləri, sosial çətinlikləri birlikdə həll edəcəyik.