adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Fevral 2020 09:23
25793
ŞOU-BİZNES
A- A+

Meyxanaçı Namiqə “Aygün” atmacası - Fanatlar arasında dava

Meyxanaçı Namiq Qaraçuxurlu uzun müddətdir sosial şəbəkələrdə ya maraqlı paylaşımlar etmir, ya da paylaşım edirsə də "zəif” statuslara önəm verir.

Amma bu uzun sürməyib. Ötən gün sevilən meyxanaçı sosial media hesabında arxiv fotosunu paylaşıb. Sosial şəbəkə istifadəçiləri bu paylaşımı maraqla qarşılayıblar.

Adalet.az xəbər verir ki, sənətçi arxiv fotosuna "Yəni, mən nə vaxtsa bu boyda olmuşam?” şərhini yazıb.

Sosial şəbəkə istifadəçilərindən birinin fotoya "Aygün sizə yaxşı baxırmış” şərhini yazması isə qalmaqala səbəb olub. Rəylərdə meyxanaçının və Xalq artisti Aygün Kazımovanın fanatları arasında dava yaranıb.N.Qaraçuxurlu isə yazılan şərhlərə reaksiya verməyib.



Qeyd edək ki, bir zamanlar xalq artisti Aygün KazımovaMeyxana ustası Namiq Qaraçuxurlu ilə uzun müddət sevgili olub, bir yerdə yaşayıblar. Sonralar isə gündəmi zəbt edən qalmaqallı açıqlamalarla ayrıldıqlarını elan etdilər. Hətta müğənni "ATV maqazin onlarla” verilişinə açıqlamasında meyxanaçının onun bağ evini əlindən aldığını etiraf etdi:"Namiq bağ evimi əlimdən aldı. Elə insandır ki, hər şeyimi əlimdən aldı. Bunu bərabər etmişdik, amma hamısı Namiqə qismət oldu”. Daha sonra bu sözləri söyləmişdi:"Bəli, burada söhbət mal-mülkdən gedirdi. Bunu çox da açıqlamayacam. Bəlkə nə vaxtsa danışaram. İstəmirəm ki, insanlar Namiqə pis baxsınlar. Biz məclislərdə tez-tez bir araya gəlirik. Qəlbimdə inciklik qalmayıb. Mən o küsülülüklə qala bilmərəm".

Namiq ayrılıqdan sonra ailə qurub.

Əntiqə Rəşid