adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Fevral 2020 12:31
7960
HADİSƏ
A- A+

Bakıda kənd qəbiristanlığında tapança aşkarlanıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a bildiriblər ki, Penitensiar Xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Hüseynov Natiq Rafiq oğlu həbsindən əvvəl Binəqədi rayonundakı kənd qəbiristanlığında gizlətdiyi "Deutsche Werk Erfort” markalı tapançanı və ona məxsus sandıqçanı könüllü olaraq təhvil verib.

Faktla bağlı araşdırma aparılır.