adalet.az header logo
  • Bakı 12°C
06 Fevral 2020 11:51
50372
SİYASƏT
A- A+

80 saylı İmişli-Beyləqan Seçki Dairəsi Deputatlığa namizəd Qarayeva Vəsimə İsmayıl qızının seçicilərlə görüşləri

80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Qarayeva Vəsimə İsmayıl qızının Beyləqan rayonundan bu Dairəyə aid olunmuş yaşayış məntəqələri üzrə görüşləri yanvarın 28-dən start götürdü. Həmin gün marşrutda İkinci Şahsevən, Qaradağlı və Yuxarı Çəmənli, Aşağı Çəmənli, Qaralılar, İmamverdili kəndləri vardı.

Öncə İkinci Şahsevəndə Şəhidlər Abidəsi ziyarət olundu. Kəndlərdəki görüşlər səmimi şəkil alırdı. İmamverdili kəndindəki Şəhidlər Abidəsi də ayrıca ziyarət olundu.

Seçicilərlə görüşlər yanvarın 29-da Sarısu kəndi, Şərq qəsəbəsi, Türklər, Bünyadlı, Gödəklər kəndlərində davam etdirildi. Şərq qəsəbəsində Şəhidlər Abidəsi ziyarət olundu.



Yanvarın 30-da səfər marşrutunda Qəhrəmanlı kəndi, Bahar qəsəbəsi, Dünyamalılar kəndi vardı. Qəhrəmanlı kəndində Şəhidlər Abidəsi ziyarət olundu. Daha sonra Dünyamalılarda Şəhidlər abidə kompleksi və Sovet İttifaqı Qəhrəmanı, bu yurdun igid oğlu Gəray Əsədovun abidəsi də ziyarət olundu, abidənin önünə gül dəstələri qoyuldu.



Yanvarın 31-də Aşıqalılar, Əhmədli kəndlərinə yollandılar. Bu iki kənddə keçirilən görüşlər yekun oldu. Bununla da 80 saylı Dairənin Beyləqan qismi əhatə olunmuş sayıla bilər.

Seçicilərlə görüşlər İmişli kəndlərindəki görüşlərin üslubunda cərəyan edirdi. Söhbətlər tutur, səmimi dialoq şəraiti yaranırdı. Qarayeva sözünü deyir, deyilənləri diqqətlə dinləyir, sualları cavablandırırdı. İmkan düşdükcə ilk növbədə şəhid ailələrinə baş çəkir, onlara mənəvi dəstək olur, yaşayış şəraitləri, bir problemlərinin olub-olmadığı ilə maraqlanırdı.


Eyni problemlər bu kəndlərdə də qabardılırdı. Deputatlığa namizədə sözünü deyən yerli insan – seçici – sadə vətəndaş öz şəxsi çətinliklərini deyil, onları düşündürən ümumi problemlər üzərində dayanırdı. Bu isə o deməkdir ki, bu Dairədən seçilən deputatı ciddi sınaq gözləyir. İnsanların etimadını doğrultmaq böyük zəhmət, ciddi çalışma tələb edəcək.

Seçicilərə təqdim olunan təbliğat və təşviqat materialları öz yerində,onlara hədiyyə olunan "Beyləqan” ensiklopedik toplusu görüşə gələnlərin gözündə böyük dəyərə malik idi. Onlar Vəsimə Qarayevanın müəllif olduğu bu sanballı nəşrdən xəbərdardır. Burada Ulu Beyləqan var, onun ulu keçmişi və indisi var, onun namuslu, əməksevər, dəyərli insanları var. Ürəklərincə olan bu ərməğan onlarda məmnunluq doğurur, razılıqla qarşılanırdı, uşaqlıq illərindən bu yerlərə bağlanmış və bu bağlılıqdan doğan əsərə görə müəllifə sağ ol deyir, məhz ona səs verəcəklərini bildirirdilər.



Əlbəttə, Vətən Ocağını sözdə sevmək ayrı, əməldə sevmək ayrı...

Müəllif – indi isə 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Vəsimə Qarayevanın insanların bu xoş münasibətindən, onun intellektual zəhmətinə bu dərəcədə yüksək dəyər vermələrindən, 9 Fevral seçkilərində ona etimad göstərəcəklərini bildirmələrindənduyğulanmış kimi görünürdü...