Niyə məhz “Koronavirus”, niyə məhz Çin? - Araşdırma
Koronavirus- dünyanı sarsıdan yeni bir epidemiya, qorxunc təhlükə!Başqa adı bioloji silah! Xəstəliyin konkret müalicə üsulu yoxdur. Bu xəstəliyə qarşı nə peyvənd, nə immunoterapiya, nə də virus əleyhinə dərman müalicəsi var.
İlk olaraq dekabr ayında Çinin Uhan şəhərində ortaya çıxan koronavirus elə ilk həftədə 17 nəfərin həyatına son qoydu. Fevralın 4-də açıqlanmış məlumata görə, ölənlərin sayı500-ə yaxındı. Ümumilikdə virusa 24 min 324 nəfər yoluxub.Yüzlərlə xəstəlik halı təsdiqlənib və onların sayının artacağı gözlənilir. Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin hospitalizasiyasına ehtiyac yarana bilər. Virusla bağlı məlumatların çoxu xəstəxanadakı müalicə vaxtı toplanılıb. Mülayim və ya simptomsuz keçən xəstəliklər barədə məlumatlar mövcud deyil. Koronavirus qrupuna aid viruslar yüngül soyuqdəymədən ölümcül xəstəliklərə qədər müşahidə olunan simptomlara səbəb ola bilər. Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Belçika, Rusiya və Almaniyada da qeydə alınıb.
Niyə məhz Çin...?
QEYD: 1. Hələ 2002-ci ildə Çində koronovirusun doğurduğu Şiddətli Kəskin Respirator Sindromu (Sars) 774 nəfərin ölümünə bais olmuşdu.
2.2012-ci ildə Yaxın Şərq tənəffüs sindromu (Mers) baş qaldırdı. O vaxtdan bəri bu xəstəliyə düçar olan 2,494 xəstədən 858-i vəfat edib.
Nottingham Universitetinin virusoloqu prof. Conatan Ball deyir ki, Keçmişdə ortaya çıxan xəstəliklərin yayılmasına nəzər salsaq, yeni koronavirusun heyvanlardan (insana) keçməsini görərik:”Bəzi dəniz məməliləri (Ağ balina kimi) koronovirus daşıyıcısı ola bilər. Lakin böyük bir ehtimalla virusun daşıyıcısı bu bazarda satılan toyuq, yarasa, dovşan və ya ilan kimi vəhşi canlılardan biri olub”.
Professor. Voolhouse deyir:"Virusun yayılması üçün Çində daha əlverişli şərait mövcuddur: buraya əhalinin sayı, sıxlığı və virusları daşıyan heyvanlarla insanların sıx təmasını aid etmək olar. Növbəti alovlanmanın Çində və ya dünyanın bu hissəsində əmələ gəlməsi heç kimi təəccübləndirməyib"
Bir məlumatı diqqətlə oxumanızı xahiş ediri k :" Mətbəx xəstəliyi” -ilk dəfə bu xəstəliyə ötən əsrin 60-cı illərində rast gəlinib. Bu müstəvidə də 1968-ci ilin aprel ayında həkim Robert Xo Man Kvok dünyanın məşhur tibb jurnalı olan "Nevv England”də həyəcan dolu bir məktub yazdı. Həmin məktubunda həkim Çin restoranına getdiyini və orada yerli mətbəxin dadına baxdığını, turş-şirin sous və qəribə dadı olan ət bulyonu yediyini, bundan sonra xəstələndiyini yazmışdı. Doktorun yazdığına görə, yeməkdən sonra onun boynu ağrımağa başlamış, əlləri və bədəni zəifləmişdi. Robert Xo Man Kvok bunun Çin mətbəxində istifadə edilən qlutamat-natri ilə bağlı ola biləcəyini bildirirdi. Yeri gəlmişkən, onu da deyək ki, Çin, yapon, tay mətbəxində müxtəlif yeməklərin hazırlanmasında qlutamat-natridən geniş şəkildə istifadə edilir. Amma bu günə kimi yaponlar, çinlilər və tailandlılar arasında belə bir xəstəliyin sindromlarına rast gəlinməyib. Bununla belə, doktorda əlamətləri aşkar edilən bu xəstəlik sindromunun daşıyıcısı olan insanların sayı sürətlə artmağa başlayandan sonra tibb alimləri Robert Xo Man Kvokun məsələ ilə bağlı yazdıqlarını araşdırmağa başladılar. Onlar qlutamat-natrinin tərkibini ən yüksək səviyyədə yoxladılar. Lakin onda xəstəliyə səbəb ola biləcək hər hansı amil tapa bilmədilər. Nəticədə həkimlər baş verənləri Çin mətbəxini dadan xaricilərdə əmələ gələn kütləvi psixoz sindromu ilə əlaqələndirdilər. Ən yaxşı hallarda Qərbdən olanlara,
Çin mətbəxindən dadmamaq tövsiyə edilir
Çin mətbəxi başda Çin Xalq Respublikası olmaq üzrə Tayvan, Sinqapur, Malayziya, İndoneziya kimi Çin mədəniyyətinin məşhur olduğu uzaq şərq ölkələrindən qaynaqlanan və Çin restoranları sayəsində dünyanın bir çox bölgələrində geniş bir şəkildə tanınan bir mətbəxdir. Növ baxımından dünyanın ən zəngin mətbəxlərindən biri olan Çin mətbəxi uzaq şərqdə belə çinlilərin yaşadığı hər bölgədə böyük fərqliliklər göstərir. Ayrıca uzaq şərq xaricindəki Çin restoranlarından hazırlanan yeməklər olduqları ölkələrin mədəniyyətlərinə hazırladıqları üçün uzaq şərqdə çox fərqli vəsaitlər istifadə edərlər və fərqli ləzzətlər təqdim edərlər. Bunlara baxmayaraq Çin mətbəxi bəzi ortaq xüsusiyyətlərdən məhrum deyil. Tərəvəz ağırlıqlı yeməklər, yeməklərin "Wok” adı verilən çuxur tavalarda bişirilməsi və yeməklərin süfrələrdə yemək çubuqlarıyla yeyilməsi Çin mətbəxinin ən təəccüblü xüsusiyyətləri arasındadır.
Yeməklərdə duzun demək olar ki, istifadə olunmaması diqqət çəkir, amma hər yeməyə duzun 10 qatını əvəz edən acı ədviyyatlar qatırlar. Ən əsası da it əti, pişik əti, müxtəlif həşəratlar, sürünənlər, sürünmüyənlər, uçanlar, qaçanlar demək olar hər şey yeyilir , amma çoxluq təşkil etmir.
İndi isə dünyanı təhlükəli duruma salan çin mətbəxinin "ləziz” yeməklərini sizə təqdim edirik:
Əntiqə Rəşid