adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Fevral 2020 11:21
7521
HADİSƏ
A- A+

Bakıda 1 gündə axtarışda olan 13 nəfər saxlanıldı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də 23 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Adalet.az-a verilən məlumata görə, onlardan 8 əvvəllki dövrlərdən bağlı olan cinayətlər olub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib. Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.