adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Fevral 2020 16:46
21016
DÜNYA
A- A+

Türkiyədə qar uçqununda ölənlərin sayı 23-ə çatdı - YENİLƏNİB

Bu gün Türkiyənin Van bölgəsində baş vermiş qar uçqununda ölənlərin sayı artıb.

Hadisə nəticəsində ölənlərin sayı 23-ə çatıb.

***

15:33

Türkiyənin Van bölgəsində bu gün baş verən ikinci qar uçqunu nəticəsində 8 nəfər ölüb.

Bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Hadisə Van-Bağçasaray yolunun 33 kilometrliyində baş verib. Qar sərnişinlə dolu olan mikroavtobusun üzərinə uçub. Xilasetmə işləri zamanı ikinci qar uçqunu olub.

"İndiyə qədər 3-ü mühafizəçi, 3-ü mütəxəssis çavuş, biri gizir, biri də mülki vətəndaşımız olmaqla 8 nəfər uçqunun altında qalaraq ölüblər”, - nazir deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.

Bununla da iki qar uçqununda ölənlərin sayı 13 nəfər çatıb.

***

14:43

Türkiyənin Van bölgəsində növbəti qar uçqunu baş verib.

Bu gün ötən axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan xilasetmə briqadası təbii fəlakətlə üzləşib.

Rayonun bələdiyyə sədri Meki Aras bildirib ki, ərazidə 300 xilasedici cəlb edilib. Qəfildən qar uçqunu baş verib. Nəticədə onlarla şəxs uçqun altında qalıb. Bələdiyyə sədri indiyədək 25 nəfərin xilas edildiyini, qar uçqunu altında 50-dən çox adamın qaldığını bildirib.