adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Fevral 2020 09:00
77748
MƏDƏNİYYƏT
A- A+

Milli qəhrəmana böyük sayğı :Gənc magistrdən qürurverici əməl

Sosial şəbəkə istifadəçisi Elxan Zeynalov öz səhifəsində maraqlı bir paylaşım edib. Paylaşdığı fotolar izləyicilərin rəğbətini qazanıb.

Adalet.az xəbər verir ki, Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrindən biri olan Elxan Zeynalov diplom müdafiəsi üçün Azərbaycanın Milli qəhrəmanı Allahverdi Bağırovun heykəlini hazırlayıb.

Azərbaycan Universitetləri adlı bir profil isə gənc magistrın bu işini təqdir edib:”Gördüyünüz bu cavan oğlan Rəssamlıq Akademiyasının IV kurs tələbəsi Elxan Zeynalovdur. Onun haqda çox yazmışıq. Əl qabiliyyətinə söz ola bilməz.



Elxan diplom müdafiəsini Milli qəhrəmanımız, qürurumuz Allahverdi Bağırovun möhtəşəm heykəlini düzəltməklə edib.

Heykəl Ağdamda küçələrdən birinə qoyulacaq və gələn ay təntənəli açılışı keçiriləcək. Əhsən!”

Media nümayəndəsinin:” Niyə məhz Milli qəhrəmanımız Allahverdi Bağırov?”-sualına o belə cavab verib:” Allahverdi Bağırovun heykəlini yaratmağımdakı əsas səbəb onun xilaskar ruhu olub. O, 1003 Xocalı əsirini xilas edib, qürur yerimizdir. Bu gün Xocalıda törədilən qətliamı fikirləşəndə, Allahverdi Bağırovun ən böyük xilaskar olduğunu görürəm”.

Qeyd edək ki, hazırda sosial şəbəkələrdə ən cox haqqında danışılan Elxan Zeynalovun paylaşdığı fotolardı.

Əntiqə Rəşid