adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Fevral 2020 09:24
23466
ŞOU-BİZNES
A- A+

Tanınmış müğənnilər arasında gərgin anlar yaşandı: “Ürəyimizdə xəbislik...”

"Xəzər” TV-,nin "5/5” proqramında maraqlı nüanslar üzə çıxıb. Əvvəlcə proqrama Könül Kərimova və Nadir Qafarzadə gəlib. Daha sonra isə Nazpəri Dostəliyeva studiyaya daxil olub. Mahnı ifa edən sənətçi verilişin aparıcısı Zaur Kamalla və N.Qafarzadə ilə görüşüb, lakin K.Kərimova ilə salamlaşmayıb.

Adalet.az xəbər verir ki, proqramının 6 illik buraxılışında Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Könül Kərimova arasında gərgin anlar yaşanması bununla bitməyib.

Aparıcını təbrik edən N.Dostəliyeva bu sözləri də işlədib:"Verilişin uzunömürlü olsun. "5/5”in açılışı bizim bağda olub. Amma verilişdə qədəm məsələsi var. Qəlbimiz saf, təmiz düz olanda qədəmimiz də gözəl olur. Ürəyimizdə xəbislik, pislik, ikiüzlülük, paxıllıq olmasa, ürəyimiz düz olsa, verilişimiz də, bütün işlərimiz də düz olar”.

Ən maraqlısı isə o oldu ki,proqram reklam fasiləsinə ayrılır. N.Dostəliyeva qonaqlarla birgə divanda əyləşməkdən imtina edir və kulisdə gözləyir. N.Qafarzadənin ifası zamanı aparıcı onu yenidən studiyaya gətirib.



Məsələ bununlada bitməyib. Aparıcı Z.Kamal qonaqlarından birlikdə selfi çəkdirməyi xahiş edib. Bu zaman N.Dostəliyeva "Mən gülləri suvarıram”, K.Kərimova isə "Selfidə yaxşı düşmürük” deyə, bəhanə gətirərək eyni kadra düşmək istəməyiblər. Lakin onların bu istəyi reallaşmayıb. Şəkil çəkdirən zaman N.Dostəliyeva "Selfi çəkdirmək hələ ürəkdə qalmaq demək deyil” sözlərini işlədib.

Zaur isə onlara "Mənim 6 illiyimi zay etməyin” deyə, söyləyib. Qonaqlar getdikdən sonra isə N.Dostəliyeva fikirlərinə belə davam edib:"İllər keçə bilər. Əsas odur ki, insan həyatda etibarlı, sadiq olsun. Kəsdiyi çörəyi ayaqlamasın. Heç kim üçün yox, özü, vicdanı, mənliyi, şəxsiyyəti üçün... Bax, bu, çox qəliz məsələdir”.

Qeyd edək ki, sevilən hər iki sənətci arasındakı bu küsülülük uzun müddətdir davam etməsinə baxmayaraq izləyicilərin gözündən qaçıb və bu gün meydana çıxıb.

Əntiqə Rəşid