adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Fevral 2020 11:33
42344
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU:ÖZÜMDƏN ÖZÜMƏ

Söndürülmüş işığam
Kim yandıracaq məni?..
Yenidən yanmağıma -
İnandıracaq məni!..

Zamanın ləngərində
İllərin səngərində...
Qəfil bir zəng gələndə -
Kim andıracaq məni?

Ağırdı ömrün daşı
Kirpik də süzmür yaşı!..
Bilməzdim . addım başı -
O, sındıracaq məni!..

Əbülfət, üzülür can
Dodaqda quruyur qan...
Gələcək elə bir an,
Bu qan tutacaq məni!..