adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Fevral 2020 09:36
61671
ŞOU-BİZNES
A- A+

Roza Zərgərlidən paylaşım: “Bülent Ersoy…”

"Oktyabrın 24-də Bakıda olacağam. Bu barədə sizi məlumatlandırmaq istədim. Sizə olan sevgimi və hörmətimi bu mesajla yollamaq istəyirəm. Öz vətənimə, qardaş vətənimə gələcəyəm. Hər şey çox gözəl olar. Mən sizi məcbur etmirəm, əgər ürəyiniz istəsə, konsertimə hər birinizi dəvət edirəm. Bərabər, qucaq-qucağa, könül-könülə ola bilmək diləyi ilə təşəkkürlərimi sizə göndərirəm. Sizləri sevgi ilə öpüb, bağrıma basıram”.

Adalet.az xəbər verir ki, bu sözlər Türkiyə estradasınındivası Bülent Ersoya məxsusdu. O, ilk dəfə Bakıda konsert proqramı ilə cıxış edəcək.

Bu barədə müğənni Roza Zərgərli "Instagram” hesabında B.Ersoyun video müraciətini paylaşaraq, məlumat verib. Məlumatda bildirilib ki, Bülent Ersoy 100-cü möcüzəvi yubiley konserti ilə oktyabrın 24-də Bakıda canlı konsert proqramı ilə çıxış edəcək.  

Qeyd edək ki, Türk səhnəsinin divası Bülent Ersoyu ilk dəfə Azərbaycana Xalq artisti Aygün Kazımova dəvət edib. Ersoy 2002-ci ildə Kazımova tərəfindən təşkil olunan "Best Model of Azerbaijan” beynəlxalq gözəllik və model yarışmasının münsifi olub.

Yeri gəlmişkən, bunuda demeyi unutmayaq ki, bu günlərdə Roza Zərgərli İnstaqramda türkiyəli tanınmış stilist İvana Sərtlə videosunu da paylaşmışdı.İvana Sərt "Sizi çox sevirəm və Bakıya yenidən gəldim. Son iki-üç ayda layihələrimiz olacaq” deyə qeyd edib. Roza Zərgərli bir müddət əvvəl açıqlamasında dəblə bağlı layihə hazırlayacağını və türkiyəli məşhur simalardan birini dəvət edəcəyini açıqlamışdı.