adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Fevral 2020 10:52
13508
MƏMLƏKƏT
A- A+

Dayanacağın şüşəsi parçalanıb töküldü

Bu fotolar ötən gün BakI şəhəri Yasamal rayonu Abbas Mirzə Şərifzadə, 762 ünvanında çəkilib.

Adalet.az xəbər verir ki, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qarşısında yerləşən şüşəli dayanacağın arxa tərəfdən 3 lay şəşəsindən biri (orta) şüşəsi bilinməyən səbəbdən yerə düşərək parça-parça olub. Sözügedən ərazidə bununla bağlı xəsarət alan olmayıb. Amma şüşənin hansı səbəbdən sındığı da məlum deyil.

Qeyd edək ki, əvvəllər də buna bənzər hadisələr baş vermişdi. Paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində, ("Dərnəgül” metrostansiyasının qarşısındakı), Suraxanı rayonu, Hövsan qəsəbəsində, Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində avtobus dayanacaqları eyni vəziyyətə düşmüşdü.

Əntiqə RƏŞİD