adalet.az header logo
  • Bakı 7°C
12 Fevral 2020 09:00
79093
MƏMLƏKƏT
A- A+

İDDİA:”Qardaşım həkim səhlənkarlığının qurbanı oldu...”

Ötən həftə Gəncədə səhiyyəmiz adına ləkə gətirən yeni bir olay baş verib.

Ağdam rayon Əlağalı kənd sakini Nəsimi Mehdiyev Gəncə Beynəlxalq Xəstəxanasında həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib.

Adalet.az xəbər verir ki, bu haqda mərhumun qardaşı Sərxan Mehdiyev əməkdaşımıza məlumat verib. S. Mehdiyev bildirib ki, Nəsimi Mehdiyev Ağdamda "Dördyol -1 qəsəbəsində müvəqqəti məskunlaşıb və uzun müddətdir orda yaşayırdı:” 04 yanvar 2020-ci il tarixdə qardaşım kəskin baş ağrısı ilə Gəncə Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. İlk tibbi yardımdan sonra vəziyyəti yaxşılaşıb və palataya köçürülüb. Ancaq ayın 5-də ona verilən dərman pis təsir edib. MRT olunandan sonra neyrocərrah Kənan Əzimov bildirib ki, o təcili əməliyyat olunmalıdır:”

-Bağışlayın, nəyə görə, Bakıya deyil, Gəncəyə?

-Qardaşımı ona görə Gəncəyə apardıq ki, ora daha yaxındı. Yolda bir hadisə baş verər –deyə düşünüb Bakıya gətirməyə ehtiyat etdik.



-Cərrahi əməliyyat oldumu?

-Neyrocərrah Kənan Əzimovun xəstəni əməliyyat etməsinə razılıq verdik. Həkim əməliyyatın uğurlu kecdiyini və onun reanimasiyaya yerləşdirildiyini dedi. Həkim hər gün vəziyyətin stabil olduğunu, vəziyyətinin get-gedə yaxşılaşdığını bildirirdi və gündəlik bizə təqdim etdikləri rapor sənədlərində bunu təsdiq edirdilər. (Həmin sənədlər hələ də bizdə durur). Vəziyyətin getdikcə yaxşılığa doğru getdiyini biz də şahidi olurduq. Bir neçə gündən sonra xəstənin vəziyyətinin yaxşılaşdığı üçün palataya köçürdülər.

-Bayaq fotolara baxanda gördüm: qardaşınız hətta vəziyyətinin yaxşı olduğunu əli ilə işarə edir...



- Bəli, Bu hamımızı sevindirdi. Yanvarın 21-də də telefonla Kənan həkimlə danışanda o "xəstənin həyatı üçün heç bir təhlükə yoxdur" dedi. Ayın 22- si gecə saat 23 radələrində xəstə özünü narahat hiss edib. Yanında qalan həyat yoldaşı tibb bacısına yaxınlaşıb vəziyyəti deyib və xəstənin palatasına gəlməyi xahiş edib. Tibb bacısı "indi baxmışam, narahat olmayın" cavabın verib. Həyat yoldaşı palataya qayıdıb və vəziyyətin pisləşdiyini görüb. Dərhal yenə tibb bacısının yanına qayıdıb və təcili yardım olunmasını tələb edib. Palataya gələn tibb bacısı vəziyyətin ağırlığını görən kimi, növbətçi həkimi çağırıb. Palataya gələn növbətçi həkim xəstəni təcılı reanimasiyaya yerləşdirib və cərrahın-Kənan həkimin çagırılmasını tələb edib. Tibbi personal və xəstəxananın mühafizə xidmətinin əməkdaşları dəfələrlə K.Əzimovun mobil nömrəsinə zəng ediblər. Həkimə zəng çatsa da, o telefonu açmayıb.Məcburən baş həkimə zəng edib vəziyyəti deyiblər. Baş həkim də Kənanın təcili çagırılmasının vacib olduğunu bildirib. Saat 00.15- dən 08.30- dək olunan çoxsaylı zənglərə Kənan cavab verməyib. Nəhayət 09.00- da özü gəlib. Kompüter Tomoqrafiya olunandan sonra "artıq gecdir" deyib. Bunun ardınca xəstəxananın işçisi içəridən çıxıb digər qardaşım Baxış Mehdiyevə "Başınız sağ olsun, Allah rəhmət eləsin, qardaşınız dünyasını dəyişdi. Gəlin, xəstəxanaya artıq pul odəməniz var, onu qəbul edin"-deyib.



-Yanvar ayının 4-dən 22-nə qədər olan müddət üçün nə qədər pul ödəmişdiniz?

- 12,200 AZN ödənmişdi. Ondan cəmi 1200 manat qaytarldı. Qəbzlər durur. Qardaşım ciyərlərinə yığılmış bəlğəmin vaxtında çəkilməməsindən nəfəsi ala bilməmiş, beyninə qan sızmışdı. Kənan Əzimov məsuliyyətsizliyi azmış kimi hətta xəstəxananın baş həkimi Fuad yaxınlarını itirmiş şəxslərə deyib ki, gəlin akt bağlayaq ki, Nəsimi ambulans maşınında dünyasın dəyişib. Amma ölüm raporunda xəstənin evdə dünyasını dəyişdiyini qeyd ediblər.

-Həmin an nə reaksiya verdiniz?



- Doğma qardaşımı itirmişdik, halımız qalmışdımı reaksiya göstərməyə?Qəfil qardaş itkisi bizi başqa şeylər haqqında düşünməyə imkan vermirdi.Bundan sonra qardaşımın nəəşini ambulansla yaşadığı Ağdam rayon 4-yol qəsəbəsinə gətirdilər. Dəfn mərasimindən sonra olanları birdə nəzərdən keçirdik. Xəstənin yaxınları olaraq cərrah Kənan Əzimov barəsində bütün əlaqədar orqanlara şikayət edəcəyik. O cəzasını almalıdır. Biz razı olmarıq ki, diğər Nəsimilərdə belə məsuliyyətsiz bir həkimin əllərində həyatını itirsin. Kimsə ailə başçısını, kimsə atasını-qardaşını itirsin. Yeri gəlmişkən, bir həkim məsuliyyətsizliyi 3 azyaşlı uşağı atasız qoydu.

Söhbətləşdi Əntiqə Rəşid

P.S. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq