Serj Sərkisyan bu günlərdə Türkiyəyə və elə bütün türklərə meydan oxuyaraq demişdi ki, türklərə diz çökdürəcəyik, yəni ermənilərin önündə.
Bu da qardaş Türkiyədə yüksək rütbəli dövlət məmurlarından tutmuş Baş bakan sayın Ərdoğanadək, dış işlər bakanı sayın Davutoğlundan tutmuş yalnız adı qalan bozqurdların başqanı sayın Baxçalıyadək hamını özündən çıxarmışdı və elə odlu-alovlu bəyanatlar vermişdilər ki...
Şuşa işğal ediləndə icra başçısı Nizami Bəhmənovun televiziyada bir əsəbi çıxışı heç zaman yadımdan çıxmır.
- Baş nazirə zəng edirəm ki, ermənilər hər tərəfdən şəhərə hücum ediblər, Şuşa yanır, kömək eləyin. Deyir ki, narahat olma, Moskvayla danışmışam, səhər tezdən İrəvanı bombalayacaqlar!..
indi mən də elə bildim qardaşlarımız günü sabah İrəvanı da Qəndil kimi bombalayacaqlar!
Day qardaşlarımızın bəyanatlarını təkrar yazıb vaxtınızı almıram, mətbuatdan oxumusuz, oxumayanlar da oxuyanlardan öyrənsinlər. Nə isə...
Və indi görürəm ki, Xocalı soyqırımını törətdiyini dünyanın ən ali tribunasından lovğalıqla etiraf edəndən və dünyanın da bunu çox soyuqqanlı və adi qarşıladığını görəndən sonra ayağı daha da yer tutan Sərkisyan boşuna söz deməyib.
Bu adam Türkiyənin cümhurbaşqanını İrəvana ayağına gətirtdi? Gətirtdi!
Türkiyənin cümhurbaşqanının xanımına plov bişirtdirtdi? Bişirtdirtdi!
Türklərə Aktamar kilsəsini 5 milyon dollara təmir elətdirib, bütün dünya və eləcə də Ermənistan ermənilərinin üzünə açdırtdı? Açdırtdı!
Hələ 18 yaşı tamam olmamış Samast adlı bir gəncin, Atatürkə və Türkiyəyə həqarəti yeyə bilməyən bir gəncin, əsəbdən öldürdüyü Qrant Dinkə görə Türkiyənin polis və istihbarat təşkilatının neçə-neçə əməkdaşını həbsə soxdurtdu? Soxdurtdu!
Azərbaycan bayrağını Bursada stadiona buraxdırtmadı? Buraxdırtmadı!
Sürixdə Türkiyə ictimaiyyətindən xəbərsiz sərhədlərin açılması və digər iqtisadi, siyasi əlaqələrlə bağlı protokolu imzalatdırtdı? İmzalatdırtdı!
... Kinoda necə deyir?
- Bircə anbardar Məmmədxanın yeri əskikdi!
- Darıxmayın, gələcək, o da gələcək!...
... İndi darıxmayın, Böyük Millət Məclisindən də keçirtdirəcək!
İndi də Ankaranın düz göbəyində erməni monastırı tikdirir. Özü də harda? Türkiyənin şərəfi, namusu və qeyrəti olan Türkiyə Silahlı Qüvvələrinə məxsus Gülhanə Tibb Hərbi Akademiyasının ərazisində.
Amsterdamda bir muzeydə "Ankara" tablosu tapılıb. Heç demə, həmin əsərdə bir erməni monastırı da təsvir olunub. Bu monastır da 252 il (dəqiq rəqəmə bax ey?!) bundan əvvəl tikilibmiş. Həmin tikildiyi yer də indiki Hərbi Akademiyanın ərazisiymiş. Girdirmə bir rəsm əsəri, girdirmə bir tarix! Halbuki həmin ərazidə indiyədək monastıra aid nə bir iz, nə bir maddi sübut, nə də nə sair, nə ilaxır tapılıb.
İndi Türkiyə hökuməti həmin monastırı xalqın boğazından kəsib tikəcək. Özü də ermənilərin tələbi belədir ki, monastır əvvəlki görkəmində tikilməlidir.
Bəli, Türkiyənin şərəfi, namusu və qeyrəti olan Türkiyə Silahlı Qüvvələrinin göz bəbəyində erməni monastırı tikiləcək. Bu şanlı Türk Ordusunun sinəsinə xəncər soxmaqdır. Ordu isə cınqırını da çıxarmır. Ordunu elə gözüqıpıq etməyiblər ki, cınqırını çıxara bilsin!
Sözgəlişi. Ermənilər Şuşa və Ağdamdakı məscidlərdə donuz saxlayır.
Abilərimiz Serjin bəyanatından bərk əsəbləşib deyirdilər və deyirlər ki, ermənilər nə karədilər ki, türklərə diz çökdürələr!
Kardeşim və ya kardeşlərim! Diz çökdürmək necə olur?!