adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Fevral 2020 17:59
9620
GÜNDƏM
A- A+

Seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb

Artıq neçənci seçkilərdir ki, vebkamera praktikasından istifadə olunur. Azərbaycanda məntəqələrin, təxminən, 20 faizə qədəri, yəni 1000 məntəqədə vebkamera quraşdırılıb.

Adalet.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, vebkameralara daxil olmaq çox sadədir. Onun sözlərinə görə, heç bir icazə tələb olunmur: "İstənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla 1000 məntəqədə səsvermə günü səsvermənin gedişini izləyə bilər. Yer kürəsinin harasında olmasından asılı olmayaraq istənilən insan Azərbaycanda keçiriləcək seçkiləri izləyə biləcək. Bu, demokratik ölkələrin seçki praktikasında da qəbul olunur. Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsinə bütün şərait yaradılıb”.