Qazaxda 5 otaqlı ev yanıb
Qazax rayonunda ümumi sahəsi 240 kv.m olan birmərtəbəli evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 5 otaqlı evin yanar konstruksiyaları 34 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.