adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

İrəvanlı Müzəffər

MƏZAHİR ƏHMƏDZADƏ
43157 | 2013-05-18 00:27

Uzun illərdi görüşmürdük. Ancaq assosasiya doğuran müəyyənməqamlarda onu xatırlayırdım. İndi də anidən rastlaşdıq. Gözlərimə inanabilmədim, bir anlıq özümü irreal aləmdə hiss etdim. Ətraf sanki Qauss prinsipiilə hərəkətdədir. Mexanikanın diferensial variasiyası şüur və düşüncəyəçevrilib yaddaşı mikroskopik qavrama həddində incələyir. Mən belə bir vəziyyətədözə bilməzdim...

...Qəfil rastlaşdıq və dayandıq. Mən yükünü və məntiqiniazaltmaq istədiyim heyrət içində, o isə həmişəki səliqəli geyimində, qarayanıztəbəssümündə. Və tanımayanlar üçün 58-62 yaşın, uzaq başı 65 yaşınhəndəvərində...

Qeyri-adi hal-əhval, qeyri-adi xatırlamalar və çox adi həyathəqiqətləri. Görüşümüz və söhbətimiz 2 saata yaxın beləcə davam edir. İndi məndə bu imkanı əldən verə bilmərəm, irəvanlı Müzəffər haqqında qısa da olsasöhbət açmalıyam. Onda bu yazıdan məqsədim də aydın olacaq. Yoxsa bu irəvanlıMüzəffər əmək qəhrəmanı, müharibə veteranı və ya elm xadimi deyil ki, illəri,əməlləri, orden-medalları sadalayıb oxucuların zəhləsini tökəsən. Həm dəportret üçün ən uyğun bir üslub da tapmalıyam. Baxmayaraq onun portreti artıqştrixlənir də.

Müzəffər Xəlil oğlu Quliyevi Azərbaycanda tanıyanlar daçoxdur, tanımayanlar da.

Biz Müzəffərlə onun 39 yaşı, mənimsə 24 yaşım olanda tanışolmuşuq və bu tanışlıq vətənpərvərlik, türkçülük, turançılıqsöhbətlərimizlə tezliklə dostluğaçevrilmişdi.

Üç övladı var: oğlanları Afər və Azər, qızı Arzu. Elə ovaxtlardan evdə də, dost-tanış arasında da hamı onu adı ilə çağırırdı -Müzəffər. İndinin özündə də belədir. Və bu səbəbdən mən də özümdən 15 yaş böyükbir şəxsə əmi, dayı və yaxud müəllim deyə müraciət edə bilmirdim. SadəcəMüzəffər.

Bəs sərlövhədəki "İrəvanlı Müzəffər" nəyi anladır?

Müzəffərgilin ailəsi, ata-babaları, ulu babaları qərbiAzərbaycanda, İrəvanda yaşayıblar. Müzəffər özü, qardaşı Asəf, bacısı Dilgüşəxanım bu şəhərdə doğulub, bu şəhərdə orta məktəbə gedib, bu şəhərdə böyüyüblər.1948-ci ilin deportasiyasında rəhmətlik Xəlil kişi də sovet repressiyasınınqurbanına çevrilir. Ailəsini götürüb Göyçaya köçür. Qərbi Azərbaycanınayrı-ayrı bölgələrindən başqa ailələr də gəlir. Şəhərin şimal hissəsində yenibir məhəllə salınır və mən yazdığım kimi İrəvanlılar yox, "Yerevanlılarməhləsi" adlandırılır. Baxmayaraq hamısı İrəvandan köçənlər deyildi.

Müzəffər heç vaxt ad günü keçirməyib, ancaq 39 yaşı tamamolanda bunu çox təntənəli bir yubiley kimi qeyd etdi və mən onda ilk dəfəMüzəffərin evində böyük və səliqəli kitabxananı görüb heyrətə gəldim. O vaxtlarmənim də kitablarım çox idi. Ancaq daha bu qədər yox. Bir yandan da "39illik yubiley!"

Heç demə Müzəffər bu yaxınlarda həyatında ikinci dəfə adgünü keçirib. Müzəffər öz doğmaları ilə özünün 76 illik yubileyini (!!!) qeydedib.

39, 76... Arkadaş, yoxsa sən bu planetdə yaşamırsan?

Arkadaş demiş, Müzəffər hələ 70-ci illərdən həmsöhbətinə"Əfəndim" deyə müraciət edirdi.

Müzəffər 60-cı illərin sonu, 70-ci illərin əvvəlləri ovaxtların məşhur və nadir cinayət maddələrindən olan "88 pr. 1"-ləistintaqa cəlb olunub. Əksər hallarda bu maddənin sonu belə nəticələnirdi:"Sosialist əmlakını küllü miqdarda mənimsədiyinə görə güllələnməyə məhkumedilsin!"

Konserv zavodundakı sexlərdən birinin rəisi işləyirmiş.

Yeməmişdi deyə, direktoru, mühasibi və başqa bir neçə nəfəriuzun müddətli həbs cəzalarına məhkum edib Müzəffəri tuta bilməyiblər.

Ancaq zor-xoş çoxlu pulunu alıb borca salıblar.

Müzəffər sonralar o zavodun direktoru da oldu, başqavəzifələrdə də işlədi və həmişə də yaxşı, imkanlı yaşadı.

Bir dəfə məni həyətindəki (böyük həyəti var) xüsusi guşəyəaparıb çoxlarından gizlətdiyi sirrini açdı:

- Mənə şübhəylə yanaşma, əfəndim, məni düzgün başa düş,qardaşım. Mən də başqaları kimi hərdən oğurlayıram. Yoxsa istehsalatda bircəgün də qoymazlar işləyəsən. Ancaq başqaları kimi canavarlıq etmirəm. Ona görədə məni tuta bilmirlər. Eyni zamanda düşünürlər ki, bu adam bəs nəyin hesabınabelə yaxşı yaşayır, gəzib-dolanır? Sənə bircə faktı deyim, Məzahir. Mən ərinənadam deyiləm. Bax gördüyün bu şitilliklər il boyu limon və gül-çiçək verir. Heçbilirsən necə olur? Hər il martın 7-də, qadınlar bayramından bir gün qabaq,Bakıya aparıb ayrı-ayrı yerlərə bir yerdən verdiyim gül-çiçəklərə görə ən azı7-8 min rubl pul qazanıram. Üstəlik toxum, şitil, bahalaşan, tapılmayanvaxtlarda da limon, həyətimin digər meyvələri...

Müzəffər bunları mənə danışarkən onu da əlavə etdi ki, onlarnəsillikcən bağban olublar.

Və bu o vaxtlar idi ki, SSRİ-nin harasında olursan-ol ayda400-500 rublla ürəyin istəyən kimi yaşaya bilərdin.

Müzəffərindost-tanışları da çox olub. Sadə insanlardan tutmuş, məşhur şəxslərə qədər.Ancaq o, daha çox elm adamlarına meylli idi. Özünün də 2 ali təhsili vardı. Mənözüm şahidi və iştirakçısı olmuşam akademik Fərəməz Maqsudovun onunla necəsəmimi dostluq etməsinə. Müzəffər tarixi, fəlsəfəni, ədəbiyyatı çox oxuyan vəyüksək səviyyədə, elmi səviyyədə şərh etməyi bacaran sadə bir Azərbaycanvətəndaşı, Azərbaycan ziyalısıdır.

Müzəffərbilirdi ki, Türk, Turan, Türkiyə sözləri mənimçün nə qədər müqəddəsdir. Çünkiözü də bu hisslərlə yaşayırdı. Bu səbəbdən də bəzən onun mənə çox sürprizhədiyyələri olurdu. Məsələn, Müşərrəf Tezcanın konsertinə bilet, Türkiyədə nəşrolunan qəzetlərdən kəsiklər, lent və plastinkalar... Onun əli uzun idi,əlaqələri daha geniş idi...

Müzəffərbir də gördün köçüb 2-3 ay Göyçayda yaşayır, bir də gördün Bakıda. Oğlanlarımütəxəssis kimi 10 ildən çoxdur ki, Avropada yaşayıb çalışırlar. QızıBakıdadır, bizlərdəndir, yazar və naşirdir. Müzəffər nəvələrini çox sevir. Hələdə ona ata, baba deyən yoxdur. Onun bircə adı var - Müzəffər.

Oğul-uşaq,nəvələr, doğmalar - Müzəffər onların hamısını sevir, daha xoş günləriniarzulayır.

Müzəffər ənson həddə qədər hamıya sadiq olub. Ailə, qohum-əqraba, dost-tanış...

Ancaq ənçox və əbədi sadiq qaldığı insan ömür-gün yoldaşı Elmira xanımdır. Əslində belədə olmalıdır.

Müzəffərintam dərk olunmayan xüsusiyyətlərindən geniş söhbət açmağa həvəslənsəkdüşüncələrin labirintinə düşüb aza da bilərik. Çünki, o, nə qədər asan vəcəlbedici görünsə də, qəfil işıqlanıb yoxa çıxmağı da bacarır. Bu Müzəffərintəbəssümüdür və eyni zamanda müdhiş bir sirridir ki, məni həmişəheyrətləndirib.

O həm də Samanyolunuseyr etməkdən doymur ki... "76 yaşlı cavan" bir macəraçıdır Müzəffər.

MƏZAHİR ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV