ANA SƏHİFƏ / YAZARLAR

İrəvanlı Müzəffər

24644    |   2013-05-18 00:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uzun illərdi görüşmürdük. Ancaq assosasiya doğuran müəyyən məqamlarda onu xatırlayırdım. İndi də anidən rastlaşdıq. Gözlərimə inana bilmədim, bir anlıq özümü irreal aləmdə hiss etdim. Ətraf sanki Qauss prinsipi ilə hərəkətdədir. Mexanikanın diferensial variasiyası şüur və düşüncəyə çevrilib yaddaşı mikroskopik qavrama həddində incələyir. Mən belə bir vəziyyətə dözə bilməzdim...

...Qəfil rastlaşdıq və dayandıq. Mən yükünü və məntiqini azaltmaq istədiyim heyrət içində, o isə həmişəki səliqəli geyimində, qarayanız təbəssümündə. Və tanımayanlar üçün 58-62 yaşın, uzaq başı 65 yaşın həndəvərində...

Qeyri-adi hal-əhval, qeyri-adi xatırlamalar və çox adi həyat həqiqətləri. Görüşümüz və söhbətimiz 2 saata yaxın beləcə davam edir. İndi mən də bu imkanı əldən verə bilmərəm, irəvanlı Müzəffər haqqında qısa da olsa söhbət açmalıyam. Onda bu yazıdan məqsədim də aydın olacaq. Yoxsa bu irəvanlı Müzəffər əmək qəhrəmanı, müharibə veteranı və ya elm xadimi deyil ki, illəri, əməlləri, orden-medalları sadalayıb oxucuların zəhləsini tökəsən. Həm də portret üçün ən uyğun bir üslub da tapmalıyam. Baxmayaraq onun portreti artıq ştrixlənir də.

Müzəffər Xəlil oğlu Quliyevi Azərbaycanda tanıyanlar da çoxdur, tanımayanlar da.

Biz Müzəffərlə onun 39 yaşı, mənimsə 24 yaşım olanda tanış olmuşuq və bu tanışlıq vətənpərvərlik, türkçülük, turançılıq söhbətlərimizlə tezliklə dostluğa çevrilmişdi.

Üç övladı var: oğlanları Afər və Azər, qızı Arzu. Elə o vaxtlardan evdə də, dost-tanış arasında da hamı onu adı ilə çağırırdı - Müzəffər. İndinin özündə də belədir. Və bu səbəbdən mən də özümdən 15 yaş böyük bir şəxsə əmi, dayı və yaxud müəllim deyə müraciət edə bilmirdim. Sadəcə Müzəffər.

Bəs sərlövhədəki "İrəvanlı Müzəffər" nəyi anladır?

Müzəffərgilin ailəsi, ata-babaları, ulu babaları qərbi Azərbaycanda, İrəvanda yaşayıblar. Müzəffər özü, qardaşı Asəf, bacısı Dilgüşə xanım bu şəhərdə doğulub, bu şəhərdə orta məktəbə gedib, bu şəhərdə böyüyüblər. 1948-ci ilin deportasiyasında rəhmətlik Xəlil kişi də sovet repressiyasının qurbanına çevrilir. Ailəsini götürüb Göyçaya köçür. Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrindən başqa ailələr də gəlir. Şəhərin şimal hissəsində yeni bir məhəllə salınır və mən yazdığım kimi İrəvanlılar yox, "Yerevanlılar məhləsi" adlandırılır. Baxmayaraq hamısı İrəvandan köçənlər deyildi.

Müzəffər heç vaxt ad günü keçirməyib, ancaq 39 yaşı tamam olanda bunu çox təntənəli bir yubiley kimi qeyd etdi və mən onda ilk dəfə Müzəffərin evində böyük və səliqəli kitabxananı görüb heyrətə gəldim. O vaxtlar mənim də kitablarım çox idi. Ancaq daha bu qədər yox. Bir yandan da "39 illik yubiley!"

Heç demə Müzəffər bu yaxınlarda həyatında ikinci dəfə ad günü keçirib. Müzəffər öz doğmaları ilə özünün 76 illik yubileyini (!!!) qeyd edib.

39, 76... Arkadaş, yoxsa sən bu planetdə yaşamırsan?

Arkadaş demiş, Müzəffər hələ 70-ci illərdən həmsöhbətinə "Əfəndim" deyə müraciət edirdi.

Müzəffər 60-cı illərin sonu, 70-ci illərin əvvəlləri o vaxtların məşhur və nadir cinayət maddələrindən olan "88 pr. 1"-lə istintaqa cəlb olunub. Əksər hallarda bu maddənin sonu belə nəticələnirdi: "Sosialist əmlakını küllü miqdarda mənimsədiyinə görə güllələnməyə məhkum edilsin!"

Konserv zavodundakı sexlərdən birinin rəisi işləyirmiş.

Yeməmişdi deyə, direktoru, mühasibi və başqa bir neçə nəfəri uzun müddətli həbs cəzalarına məhkum edib Müzəffəri tuta bilməyiblər.

Ancaq zor-xoş çoxlu pulunu alıb borca salıblar.

Müzəffər sonralar o zavodun direktoru da oldu, başqa vəzifələrdə də işlədi və həmişə də yaxşı, imkanlı yaşadı.

Bir dəfə məni həyətindəki (böyük həyəti var) xüsusi guşəyə aparıb çoxlarından gizlətdiyi sirrini açdı:

- Mənə şübhəylə yanaşma, əfəndim, məni düzgün başa düş, qardaşım. Mən də başqaları kimi hərdən oğurlayıram. Yoxsa istehsalatda bircə gün də qoymazlar işləyəsən. Ancaq başqaları kimi canavarlıq etmirəm. Ona görə də məni tuta bilmirlər. Eyni zamanda düşünürlər ki, bu adam bəs nəyin hesabına belə yaxşı yaşayır, gəzib-dolanır? Sənə bircə faktı deyim, Məzahir. Mən ərinən adam deyiləm. Bax gördüyün bu şitilliklər il boyu limon və gül-çiçək verir. Heç bilirsən necə olur? Hər il martın 7-də, qadınlar bayramından bir gün qabaq, Bakıya aparıb ayrı-ayrı yerlərə bir yerdən verdiyim gül-çiçəklərə görə ən azı 7-8 min rubl pul qazanıram. Üstəlik toxum, şitil, bahalaşan, tapılmayan vaxtlarda da limon, həyətimin digər meyvələri...

Müzəffər bunları mənə danışarkən onu da əlavə etdi ki, onlar nəsillikcən bağban olublar.

Və bu o vaxtlar idi ki, SSRİ-nin harasında olursan-ol ayda 400-500 rublla ürəyin istəyən kimi yaşaya bilərdin.

Müzəffərin dost-tanışları da çox olub. Sadə insanlardan tutmuş, məşhur şəxslərə qədər. Ancaq o, daha çox elm adamlarına meylli idi. Özünün də 2 ali təhsili vardı. Mən özüm şahidi və iştirakçısı olmuşam akademik Fərəməz Maqsudovun onunla necə səmimi dostluq etməsinə. Müzəffər tarixi, fəlsəfəni, ədəbiyyatı çox oxuyan və yüksək səviyyədə, elmi səviyyədə şərh etməyi bacaran sadə bir Azərbaycan vətəndaşı, Azərbaycan ziyalısıdır.

Müzəffər bilirdi ki, Türk, Turan, Türkiyə sözləri mənimçün nə qədər müqəddəsdir. Çünki özü də bu hisslərlə yaşayırdı. Bu səbəbdən də bəzən onun mənə çox sürpriz hədiyyələri olurdu. Məsələn, Müşərrəf Tezcanın konsertinə bilet, Türkiyədə nəşr olunan qəzetlərdən kəsiklər, lent və plastinkalar... Onun əli uzun idi, əlaqələri daha geniş idi...

Müzəffər bir də gördün köçüb 2-3 ay Göyçayda yaşayır, bir də gördün Bakıda. Oğlanları mütəxəssis kimi 10 ildən çoxdur ki, Avropada yaşayıb çalışırlar. Qızı Bakıdadır, bizlərdəndir, yazar və naşirdir. Müzəffər nəvələrini çox sevir. Hələ də ona ata, baba deyən yoxdur. Onun bircə adı var - Müzəffər.

Oğul-uşaq, nəvələr, doğmalar - Müzəffər onların hamısını sevir, daha xoş günlərini arzulayır.

Müzəffər ən son həddə qədər hamıya sadiq olub. Ailə, qohum-əqraba, dost-tanış...

Ancaq ən çox və əbədi sadiq qaldığı insan ömür-gün yoldaşı Elmira xanımdır. Əslində belə də olmalıdır.

Müzəffərin tam dərk olunmayan xüsusiyyətlərindən geniş söhbət açmağa həvəslənsək düşüncələrin labirintinə düşüb aza da bilərik. Çünki, o, nə qədər asan və cəlbedici görünsə də, qəfil işıqlanıb yoxa çıxmağı da bacarır. Bu Müzəffərin təbəssümüdür və eyni zamanda müdhiş bir sirridir ki, məni həmişə heyrətləndirib.

O həm də Samanyolunu seyr etməkdən doymur ki... "76 yaşlı cavan" bir macəraçıdır Müzəffər.

MƏZAHİR ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (42.86%)
"Real" Madrid (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda «Jaqa» ləqəbi ilə tanınan «Dostluq» kino-teatrının direktoru Fazil Qasımov (məşhur yazıçı Əlfi Qasımovun qardaşı) kabinetində oturub «Fillər mənim dostumdur» filmindən qazandığı pulları sayır:

- Üç min dörd yüz, üç min beş yüz, üç min altı yüz əlli…

Fazil müəllimin də «Paxan» ləqəbi ilə tanınan Bəxtiyar adlı bir oğlu vardı, dava-şavasız günü keçməzdi.

Elə pulları saydığı yerdə ki üç min altı yüz əlli, administrator girir içəri, deyir:

- Fazil müəllim, indicə paxan Mədəniyyət evinin qabağında bir nəfəri bıçaqlayıb.

Fazil müəllim stolun üstündəki pulu əlinin arxasıyla sıyırıb tökür döşəməyə, deyir:

- Fillər də belə getdi ey…





digər lətifələr
ARXİV
FACEBOOK