adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
07 Fevral 2020 09:11
40650
GÜNDƏM
A- A+

Deputatlığa namizəd gənclərlə görüşdü - FOTOLAR

83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Ağcabədi rayonunun Hindarx kəndində gənclərlə görüşüb.

Aqil Abbas Hindarx kəndinin futbol meydançasında kənd futbol komanadasının üzvləri ilə həmsöhbət olub. Görüşdə gənclər Aqil Abbasa kənd stadionunun tikintisində göstərdiyi təşəbbüsə görə təşəkkürlərini bildiriblər və onu keçiriləcək Hindarx-Ağdam komandalarının oyununa baxmağa dəvət ediblər. Öz növbəsində Aqil Abbas hər iki komandanın oyunçularına və meydançada olan gənclərə futbolla bağlı bilgi verib, arzu və istəklərini söyləyib.