adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Fevral 2020 16:30
16773
SİYASƏT
A- A+

Azərbaycan Cənubi Qafqazda hərbi gücünə görə liderlik edir

Azərbaycan 2020-ci il "Qlobal atəş gücü” (Global Firepower Index) reytinqində 138 ölkə arasında 63-cü yeri tutub.

Adalet.az-ın məlumatına görə, bu nəticə ilə Azərbaycan Cənubi Qafqazda hərbi gücünə görə lider ölkə olub.

Həmin reytinqdə Gürcüstan 93-cü, Ermənistan 112-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, "Qlobal atəş gücü” reytinqi tərtib olunarkən 50 fərqli amil nəzərə alınır. Buraya aviasiya, zirehli texnika, hərbi-dəniz qüvvələrinin sayı və gücü, eləcə də təbii ehtiyatlar, insan ehtiyatları, nəqliyyat və logistika imkanları daxildir.