HƏSRƏT YAĞIŞI

FAİQ QİSMƏTOĞLU
39972 | 2013-05-18 00:27

...Həyətlərindəkiyeni açılmış müxtəlif gülləri diqqətlə nəzərdən keçirdi. Pəncərədən boylanandahəyətdəki qızılgül, çiçəklər elə həmin an görünürdü. Sadəcə olaraq, görünməyəno idi ki, Fəridin ürəyindən və qəlbindən keçənləri doğmaları başa düşməkistəmirdilər. Hələ ki, hər şeyi içinə atıb öz dünyası ilə əlləşirdi. Pəncərədənhəyətə baxmaqdan yoruldu. İkinci mərtəbədən pilləkənlə yavaş-yavaş aşağı düşdü.Dedi ki, qızıl güllərdən bir neçəsini dərib Gülbahara göndərərəm. Əlləriniqızıl güllərə yaxınlaşdıranda tikanlar onun əlini daladı. Tez əlini geriçəkdi...

Güllərintikanları bir anlıq onu qorxutsa da, inadından dönmədi. Qıpqırmızı qızılgülləri tikanlı olmasına baxmayaraq, kollardan dərdi. İlk dəfə o qızıl gülləriiyləmək istəsə də, ancaq fikrindən daşındı. Düşündü ki, o gülləri iyləyərəm,bəs Gülbahara nə qalar?! Heç insafdandırmı ki, təzə açılan qızıl gülləribirinci o özü iyləsin. Həmişə qızıl güllərin açılmasını böyük səbirsizlikləgözləyərdi. Elə ki, qızıl güllər açıldı, kolların tikanlarına baxmayaraq, həmingülləri dərər, dəstələyər və sonra da Gülbahara göndərərdi. Göndərəndə dədeyərdi ki, mən istəmirəm ki, sənin ömrün qızıl gülün ömrü qədər olsun. Mənistəyirəm ki, bu güllərin ətrini ciyərinə çəkəsən və heç vaxt məni yaddançıxarmayasan.

Güllərikolluqdan dərib dəstələyəndən sonra rahat nəfəs aldı. Düşündü: bəlkə bu günGülbaharı sevindirdim. Ancaq Gülbahar onun gül verib-verməməsindən asılıolmayaraq, həmişə Fəridi görəndə sevinərdi. Ona güldən də çox Fəridi görməkvacib idi. Kənd yerində görüşmək çox çətiniydi. Əgər bir kimsə ürəyi istədiyi qızla hardasagörüşsəydi, o dəqiqə camaat bir qulp qoyardı və dedi-qodu başlayardı. Dedi-qodubaşlayardı ki. bəs filankəsin oğlu ilə, filankəsin qızı çəpərin yanındagörüşdülər. Elə bu sözlərin ağırlığından və tənəsindən həmişə hər ikisiqaçırdı. İstəmirdilər ki, öz nəsillərinə və ailələrinə ləkə gətirsinlər...

GüllərFəridin əlindəydi. Fərid yaxşı bilirdi ki, bu gülləri Gülbahara verəbilməyəcək. Ona görə də bacısı Gülyazı səslədi:

- A Gülyaz,bir aşağı düş!

Gülyaz həyətə düşdü. Sonra Fərid dilləndi:

- Bacı, bugülləri ona verərsən!..

"Ona"deyəndə, Gülyaz yaxşı bilirdi ki, qardaşı Gülbaharı nəzərdə tutur. FəridləGülbahar bir sinifdə oxuyurdular. Sinifdə də çoxları hiss eləmişdilər ki, hərikisi bir-birinin dərdindən ölür. Amma qətiyyən nə Fərid, nə də Gülbahar bunusinif yoldaşlarına hiss elətdirməzdi. Əksinə, onlar bir-biriylə bir o qədər dəsöhbət eləməz və digər sinif yoldaşları ilə zarafatlaşardılar...

Gülyaz güldəstəsini əlinə götürüb doyunca onu iylədi və sonra da həyətdən çıxıbqonşuluqda yaşayan Gülbaharı səslədi. Gülbaharqızın səsindən tanıdı ki, bu Fəridin bacısı Gülyazdır. Gülbahar həyətəçıxdı və səs gələn tərəfə boylandı:

- Gülyaz,nə qapının ağzında durmusan, keç həyətə!..

- Səninvaxtını almaq istəmirəm. Həyətimizdən qızıl gül dərmişdim, dedim onu sənə verim!

Ancaq Gülyaz demədi ki, bu gülləri sənə qardaşımgöndərib. Gülbahar yaxşı bilirdi ki, gülləri göndərən ona kimdir. Gülləri ondanalıb, doyunca iylədi. Güllərin ətrindən çox, Fəridin iyisini hiss elədi. Hisselədi ki, güllərin ləçəkləri sanki Fəridin ürək çırpıntılarıdı. Gülləriiyləməkdən doymurdu. Bir anlıq Gülyaz da yaddan çıxmışdı. Handan-hana özünəgəldi və dedi:

- Bıy,başıma xeyir, dilim-ağzım tutulub, heç demirəm ki, qalx yuxarı, bir stəkan çayiçək! Başım nətəri gülə qatışıbsa, hər şeyi unutmuşam. Sən Allah, bağışla,Gülyaz!

Gülyaz:

- Allahbağışlasın. Bir də ki, sizi bir-birinizə çox görməsinlər!

GülyazGülbahardan ayrıldı. Sonra üzü hər tərəfi yaşıllığa bürünmüş taxıl sahəsinədoğru addımladı. Həm də bu yerdə Gülbahargillə Fəridgilin taxıl sahələri vardı.Aprel ayında bu taxıl sahələri yazın gəlişi ilə əlaqədar olaraq, daha dagözəlləşmiş, taxıl zəmisinin arasında müxtəlif güllər, çiçəklər, bənövşələrboylanmışdı. Taxıl sahəsinə yaxınlaşanda güllərin, çiçəklərin ətri adamı bihuşeləyirdi. Elə Gülbahar da tez-tez qardaşı ilə bu taxıl sahəsinə gələr, zəmininarasında olan tərələri yığar və sonra da dadı damaqdan getməyən dovğa bişirərdi.Hələ mərəçöhüdü demirik. Bu mərəçöhüdün bir dadı var idi ki, onu yumurta iləqovurub bişirirdin, sonra da dadından doymaq olmurdu.

Gülbaharzəminin arasındakı tərələri bir-bir yığmağa başladı. Çox keçmədi ki, həminsahəyə Fərid də gəlib çıxdı. Xoşbəxtlikdənnə Fəridin, nə də Gülbaharın valideynləri sahədə yox idilər. Sahədə birGülbahar, bir Gülyaz, bir də Fərid idi. Gülyaz bir qədər zəminin içinə doğrugetdi ki, onlar heç olmasa söhbət eləyə bilsinlər. İlk anda hər ikisinin dilisanki tututlmuşdu. Sükutu Fərid pozdu:

- Gülbahar,qızıl gülləri aldınmı?! Sən o qızılgüllərdən də gözəlsən!

- Güllərəgörə çox saq ol! Hələ də güldanda o gülləri saxlayıram. ətrindən doymaq olmur.Güllər də solmayıb...

- Bilmirəm,bizim axırımız necə olacaq?! Çünki nə qədər valideynlərimin ağzını arasam daelçi getmək istəmirlər.

- Eləbizimkilər də ipə-sapa yatmır. Dədəm deyib ki, mənim Fəridə verəsi qızım yoxdu!Kişi sənin adını eşidəndə elə bil qutuda ilan görür. Vallah, bilmirəm niyə?!Axı biz pis qonşu olmamışıq. Sən də tərbiyəli oğlansan.

- Vallah,Gülbahar, mən həmişə Natiq dayının yolunu gətirmişəm, onu görəndə hörmətləyanaşmışam. Bir də ki, o qədər axmaq adam var?! Görürsən ki, yaxşı söz əvəzinə,şeytanlıq eləyib, yaman şeylər danışırlar. Bəlkə məndən və dədəmdən xoşugəlməyən kimsə ağzına gələni Natiq dayıya danışıb?!

Fərid birdaha bacısına dedi ki, atasıgil elçi gedib "hə" alsınlar. Gülyaz daonunu fikirlərini yenə atasına çatdırdı. Atası bu xəbəri eşidən kimi, özündənçıxdı və başladı oğlunun qarasına o ki, var deyinməyə:

- Mən ogədəyə demişəm ki, sənin qız alan vaxtın deyil. İkincisi də, mən o qızı sənəalmayajam! Qoy qulağını açıb yaxşı eşitsin: Fərid nə vaxt çörək qazanar, adamolar, bax onda ona qız alajam. Özü də o qızı yox haaa?! Özümün bildiyim vətanıdığım qızı alajam!

... O,hadisələrdən altı il keçmişdi. Fərid yaxşı bir mütəxəssis kimi yetişmişdi.Gülbahar da başqa bir ixtisasa yiyələnmişdi. Ancaq Fəridin atası yumşalmaqbilmirdi ki, bilmirdi. Qızı Gülyaza demişdi ki, mən ona toy eləmək istəyirəm,qızı da özüm tapmışam. Qardaşına denən, hazırlaşsın!

Fərid buxəbəri eşidəndə havalandı. Bilmədi ki, canını hara qoysun. Bacısına yaxınlaşıbbir daha ürəyini açdı:

- Gülbaharolmasa, mən özümü öldürəjəyəm! Gülbahardan başqa heç kimlə ailə quran deyiləm.

Gülyazqardaşının fikrini yenidən atasına çatdırdı. Atası da dedi ki, onu salaramayağımın altına, dəli inək balasını ayaqlayan kimi tapdalayaram. Onda bilər ki,böyüyün sözündən çıxmaq nə deməkdir?!

Fərid artıqhiss elədi ki, atası sözündən çönən deyil. Ona görə də Gülbahara sifarişgöndərdi: bu axşam səni taxıl sahəsinin yanında gözləyəcəyəm. Gecə vaxtı taxılsahəsinin yanına gəlmək elə də asan deyildi. Amma Gülbahar gəldi və gördü ki,Fəridin gözləri dolub:

-Gülbahar, and içmişdik ki, son nəfəsimizə qədər heç kim bizi ayırabilməz. Yəqin yadındadı çinar ağacının yanındakı elədiyimiz əhd-peman?!

Gülbarın daçöhrəsi allandı və yanaqlarından sanki od qalxdı:

- Mən sənəhəmişə sadiq olmağıma and içmişəm. Nə desən, səninlə bir addım atajağıq.

Fərid birdaha Gülbaharın gözlərinin içinə baxdı. Gülbaharın gözlərinin içində sevgi iləqarışıq əbədi bir kədər hiss elədi. Hiss elədi ki, Gülbahar onu başa düşür vəanlayır. Sonra dilləndi:

- Görürəm,atam bizim birləşməyimizi istəmir. Mənəbu yaxınlarda toy eləmək fikrindədir. Nə sənin atan mənə qız verəndi, nədə mənim atam sizin qapıya elçi gedən. Qərara gəlmişəm ki, bizi ancaq ölümayıra bilər. Əlini mənə ver!

Gülbaharəlini ona sarı uzatdı. O, Gülbaharın əllərini ovcunun içinə aldı. Ömrü boyubirinci dəfəydi ki, Gülbaharın əllərinin hərarətini daha yaxından hisseləyərdi. Hələ indiyə kimi Gülbaharı bu qədər özünə yaxın hiss eləməmişdi.Gözləri dolan Fərid ona baxaraq:

- Gülü, bugörüş bizim sonuncu və əbədi bir görüşümüz olacaq! Özümlə kəndir də götürmüşəm.Gedəcəyik səninlə Mil kanalına və özümüzü atajağıq suya! Bilmirəm, bunarazısan, ya yox, - deyə Gülbahara fikirlərini bildirdi.

Gülbahardilləndi:

- Sən haragetsən, mən ordayam! Ölümə gedirsənsə, mən də səninlə bir yerdə gedəjəm!

Onlar Milkanalının düz yanına gəlib çatdılar. Fərid kəndirlə həm özünü, həm də Gülbarısarıdı. Yəni özünü Gülbara, Gülbaharı da özünə bağladı. Fikirləşirdi ki, buformada kanala tullansalar onlar ölsələr də cəsədləri ayrılmayacaq...

Sonuncudəfə bir-birinə doyunca baxdılar... Sonuncu dəfə Gülbahar Fərid dedi, Fərid dəGülbahar... Sonuncu dəfə üzlərini Allaha tutub bağışlanmaqlarını istədilər...Sonuncu dəfə Allah Məhəmməd, ya Əli deyib özlərini Mil kanalına atdılar...

...Bir gözqırpımında gözdən itdilər. Hadisəni uzaqdan görən cavan oğlanlardan biri xəbəriGülbaharın və Fəridin valideynlərinə çatdırdı. Səhərə qədər onları kənd camaatıaxtardı. Ancaq bir şey çıxmadı...

"Şırşırdan"özlərini kanala atan Gülbahar və Fəridi Beyləqan istiqamətində sudan tapa bildilər...Tapdılar və başladılar bir dizlərinə döyməyə, bir də başlarına. Dizlərinədöydülər, bir şey çıxmadı, başlarına döydülər bir şey çıxmadı...

Hərikisinin meyitini kəndə gətirdilər. Hamı yaxşı bilirdi ki, valideynləri çoxböyük günah işlədiblər: onları bu dünyada qovuşmağa və birləşməyə qoymayıblar!Kənddə də hamı yaxşı bilirdi ki, Gülbaharla Fərid bir-birini orta məktəbdənseviblər. Ancaq Gülbaharın və Fəridin atalarının tərsliyi üzündən bu sevgi baştutmayıb. Kəndin ağsaqqalı Seyidəli kişi dedi ki, bu uşaqları ayırmaq çox böyükgünahdı. Elə onları da bir qəbiristanlıqda dəfn eləmək lazımdı. GülbaharlaFəridi yanbayan dəfn elədilər. İki qoşa qəbir... İki əbədi sevgi... İkihəsrət... Və iki kədər...

İllər keçdigənclər toy günü hər iki məzarı ziyarət eləyəndən sonra nikah kəsdirməyəgedirdilər. Çünki bu iki gəncin kədər dolu sevgi anları bütün, el-obada,bütün kənddə danışılırdı... Deyilirdiki, Gülbaharla Fəridin böyük məhəbbəti qarşısında çoxları diz çökür və çoxlarıda bu ülvi məhəbbətə qibtə ilə yanaşırdılar... Zaman və illər ötsə də Gülbaharvə Fərid məhəbbəti bitmək bilmirdi...

Göyguruldadı, bir yağış yağdı ki, dayanmaq bilmirdi. Yağış qəbiristanlıqdakı bütünqəbirləri islatmışdı. Ancaq iki qəbrin yanından boylanan iki bənövşəyə bu yağış can verirdi. Bənövşələr yağışsuyunda çimirdilər. Amma qəbrin kənarından boylanan bənövşələr isə sankiGülbahar və Fərid idi. Onlar bu dünyada birləşə bilməsələr də, o dünyadabir-birinə qovuşmuşdular...

FAİQQİSMƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV