adalet.az header logo
  • Bakı 20°C
04 Fevral 2020 14:21
16981
SİYASƏT
A- A+

Oqtay Əsədovun seçicilərlə görüşləri davam edir

45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizəd Oqtay Əsədovun seçiciləri ilə görüşlər davam edir.

Bu barədə Adalet.az-a O.Əsədovun Seçki Qərargahından məlumat verilib:

"Növbəti görüş Abşeron rayonu, Mehdiabad qəsəbəsində keçirildi. Görüşdə 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizəd Oqtay Sabir oğlu Əsədovun vəkilləri ölkə prezidenti cənab İlham Əliyevin Abşeron rayonuna olan diqqət və qayğısından, rayonun mövcud problemlərindən danışıb, o cümlədən, seçicilərin problemləri ilə maraqlanıblar. Görüşdə çıxış edən seçicilər də 9 fevralda fəal olacaqlarını və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədi Oqtay Əsədova səs verəcəklərini bildiriblər".